472
Əxlaq normalarına əməl etmk zərurəti insanın sosial
mahiyyətindən irəli gəlir
. Cəmiyyətdə insanlar bir- birilə ayrılmaz
əlaqədə və qarşılıqlı asılılıqda fəaliyyət göstərirlər. Əxlaq normaları
insanların kollektiv iradəsinin təzahürüdür. Onlar ictimai və şəxsi
mənafelərin vəhdətini təmin etmək məqsədi güdür. Əxlaqi şüur insanın
davranışının elə bir nümunəsini, etalonunu ifadə edir ki, o cəmiyyət
tərəfindən həmin dövr üçün ən optimal hesab olunur.
Əxlaq ən qədim şüur formalarındandır
. Ilkin əxlaq normaları və
qaydaları təbii- tarixi yolla, çox vaxt isə kortəbii şəkildə yaranmışdır. On-
lar insanların çoxillik birgə yaşayışının təcrübəsi gedişində yerinə yetirilən
qaydaların ümumiləşdirilməsi məhsuludur. Sonralar cəmiyyət inkişaf
etdikcə əxlaq haqqında təsəvvürlər də zənginləşmiş, təkmilləşmiş, bütöv
və bitkin bir sistemə çevrilmişdir.
Əxlaqın kökləri və mənbələri adətlərə gedib çıxır. Müxtəlif nəsillər
öz təcrübəsi əsasında yəqin edirlər ki, bu adətlər cəmiyyətin və hər bir
insanın inkişafı üçün faydalıdır, tarixi tərəqqinin tələbatına və
mənafelərinə uyğun gəlir. Ilk dövrlərdə əxlaq insanların faktiki olaraq
özlərini necə aparmasında ifadə olunurdu. Yəni onlar hansı hərəkətləri
özünə və başqalarına rəva bilirlər? Bu hərəkətlər kollektiv faydalılıq
baxımından necə qiymətləndirilir?
Tarixi inkişaf prosesində əxlaqın nisbi müstəqilliyi özünü göstərir.
Bu hər şeydən əvvəl onun varisliyində ifadə olunur. Başqa sözlə deyilsə,
Dostları ilə paylaş: