Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Incəsənətin ictimai həyatda fəal rolunu göstərərkən onun



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə532/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   528   529   530   531   532   533   534   535   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Incəsənətin ictimai həyatda fəal rolunu göstərərkən onun 
aşağıdakı üç funksiyası xüsusi qeyd edilməlidir: idraki tərbiyəvi və 
estetik
. Son dövrlərdə buraya kommunikativ, yaradıcı, ictimai- məişət, 
əvəzedici, əyləncə və sair funksiyalar da əlavə olunur.
1
Incəsənətin cəmiyyətdə mühüm rolu bunda təzahür edir ki, o 
insanların həm hisslərinə, həm də fikir və iradəsinə güclü təsir 
göstərməklə, onları inkişaf etdirə bilir. 
Digər mənəvi istehsal sahələri kimi incəsənət də öz fəaliyyəti ilə 
sanki real aləmin yeni bir proyeksiyasını- bədii obrazlı dünyanı 
yaradır. Özü də bu sonuncu öz cəlbediciliyi və inandırıcılığı ilə çox 
vaxt real dünyanı heyrətə gətirə bilir.
Incəsənətin yaratdığı ideal dünya, cəmiyyətin müxtəlif tələbatlarını 
ödəməyə xidmət edir. Onun bəşəriyyət üçün zəruriliyi məhz bununla 
müəyyən olunur. Hər şeydən əvvəl, bu dünya insanların çoxsaylı arzu və 
istəklərinin, hisslərinin, həyacanlarının və təsəvvürlərinin özünəməxsus 
sınaq meydanı rolunu oynayır. Məsələ bundadır ki, canlı insanlar üzərində 
eksperimentlər aparmaq mümkün deyildir (mənəvi və digər mülahizələrə 
1
Общественное сознание и его формы. М., 1986, с.235. 


479 
görə). Incəsənətin əsaslandığı bədii obrazlar, simvollar və sair isə bu 
vəziyyətdən çıxış yoludur. Belə ki, bədii vasitələrin köməyi ilə gerçəkliyin 
arzu olunan nümunəsini yaratmaq olur (heç kimə və heç nəyə xələl 
gətirmədən). Bu yolla istənilən həyat situasiyasının çox müxtəlif davranış 
nümunələrinin, insanın fikrinin bütün təzahürlərinin özünəməxsus surətini, 
ifadəsini əmələ gətirmək mümkündür. Incəsənət təxəyyülünün məhsulu 
olan bədii aləm insanların arzu və istəklərinin reallaşmasına, onlarda bir 
çox müsbət insani keyfiyyətlərin formalaşmasına fəal kömək edir. Lakin 
onun rolu təkcə bununla bitmir. O həm də insanların mənəvi 
təkmilləşməsinin vacib şərti, onları gözləyə bilən sosial təhlükələrdən xi-
las etməyin mühüm yolu kimi çıxış edir. 
Deyilənlər sübut edir ki, 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   528   529   530   531   532   533   534   535   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin