Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


estetik anlayışı incəsənətə nisbətən daha genişdir



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə530/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   526   527   528   529   530   531   532   533   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

estetik anlayışı incəsənətə nisbətən daha genişdir
. O 
sosial varlığın bütün tərəflərinə sirayət edir. Belə ki, cəmiyyətin və 
təbiətin bütün obyektləri estetik hisslər yarada bilir (təbiətin gözəlliyi, 
maddi və mənəvi mədəniyyət əsəri, insanlar, onların əmək, idman 


477 
fəaliyyəti və sair). Başqa sözlə deyilsə, insanın praktiki fəaliyyətinin bütün 
tərəfləri onda müəyyən estetik hisslər və fikirlər doğurur. 
Estetik şüurun yaranmasının ilkin əsasını varlığın özündəki 
xassələr (ölçü, harmoniya, simmetriya, bütövlük, gözəllik və sair) 
təşkil edir
. Onlar özünün konkret- hissi və əyaniliyi ilə insanların 
diqqətini cəlb edir. Yəni onların şüurunda və qəlbində özünəməxsus 
hisslər formalaşdırır. Beləliklə estetik hisslərin mənbəyi varlığın universal 
və çoxtərəfli münasibətləridir. Incəsənətin özü də insanın bu münasibətləri 
mənimsəməsi kimi yaranır. Dünyanı mənəvi anlamağın xüsusi növü olan 
incəsənətin tarixi bəşər həyatının qədim çağlarına gedib çıxır. Lakin ilk 
dövrlərdə incəsənət əsərləri (qayaüstü rəsmlər, heykəl fiqurları, ayinləri 
ifadə edən rəqslər və sair) estetikdən daha çox dini- magik xarakter 
daşıyırdı. Bunlardakı müxtəlif maddi obrazlar, simvollar, birgə ritual 
hərəkətləri vasitəsilə ibtidai insanlar praktiki aləmə öz fəal münasibətini 
ifadə edirdilər. Sonralar ictimai inkişaf gedişində təbiət hadisələrinin və 
cəmiyyətdəki münasibətlərin sözün əsl mənasında estetik cəhətdən 
qavranılması baş verdi. Nəticədə mənəvi istehsalın xüsusi növü kimi 
incəsənət formalaşıb təkmilləşdi. O xüsusi seçilmiş professionalların 
(sənətkarlar, şairlər, musiqiçilər və sair) əməyi ilə yaradılır. Əlbəttə bu 
fakt incəsənətdə xalq yaradıcılığının böyük rol oynadığını inkar etmir.
Hər bir dövrdə incəsənət digər şüur formalarının (siyasətin, hüqu-
qun, əxlaqın, dinin) təsirinə məruz qalır. Digər tərəfdən həmin formalara 
fəal təsir edir. Belə ki, ictimai şüurun formaları onun təsir dairəsinə 
düşərək onun prinsip və qanunları ilə hesablaşmalı olurlar. 
Dünyanı mənəvi- praktiki mənimsəməyin və yaradıcı fəaliyyətin 
forması olan incəsənətin özünəməxsusluğu bundadır ki, o insanın tələbatı 
kimi yaranır. Incəsənətin inkişafı və həyati qüvvəsi də bu tələbatla 
bağlıdır. O insanın həyatının daha dolğun şəkildə özünü göstərməsinə 
kömək edir. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   526   527   528   529   530   531   532   533   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin