484
özünü göstərir. Bir tərəfdən muasir edlmi-texniki tərəqqi, insanların ümu-
melmi və mədəni səviyyəsinin yüksəlməsi nəticəsində, onların
dünyagörüşündə və həyat tərzində dini təsəvvürlər sıxışdırılıb çıxarılır.
Digər
tərəfdən, cəmiyyətdə, əhalinin müxtəlif təbəqələri arasında dinin
güclənməsi prosesi müşahidə olunmaqdadır. Sonuncu meyil çox müxtəlif
səbəblərlə bağlıdır. Hər şeydən əvvəl ölkəmizdə qərarlaşmış
vicdan və
dini etiqadlar azadlığı bu işdə mühüm rol oynayır. Digər tərəfdən müasir
elm hələ də insanları və bəşəriyyəti düşündürən bir çox vacib suallara ca-
vab verə bilməmişdir. Buna görə də insanlar onların cavablarını dində
tapmağa ümid bəsləyirlər. Sonra, insanlar öz gündəlik həyatında rast
gəldikləri haqsızlıq və ədalətsizlik hallarına qarşı çıxarkən müəyyən bir
ilahi qüvvəyə tapınmağa cəhd göstərirlər.
Bütün bunlar isə dini
təsəvvürlərə müəyyən qida verir, insanların ona inamını artırır.