483
Dini şüurun yuxarıda qeyd olunan struktur bölgüləri, onun psixolo-
giya və ictimai ideologiya səviyyələri ilə əsasən üst-üstə düşür. Dini
ideologiyanın mərkəzində ilahiyyat durur.
Bundan əlavə onun məzmununa
dini xarakterli fəlsəfi və sosial-siyasi doktrinalar da daxildir. Dini ideolo-
giya rəsmi din xadimləri, professional ilahiyyatçılar
tərəfindən işlənilib
hazırlanır. Dini psixologiya cəmiyyətdəki dindarların real dini fəaliyyəti
ilə bağlıdır. O daha çox emosional və iradi tərəflərə arxalanır. Dinin icti-
mai psixologiya səviyyəsində fəaliyyəti dini hisslərdən ayrılmazdır. Onlar
öz məzmununa görə xeyli dərəcədə müxtədifdir.
Burada ilahiyə sevgi,
ondan qorxu, ilahinin qəzəbinə gəlmək və sair əsas yeri tutur.
Dini ideologiya ilə dini psixologiya bir-birilə mürəkkəb dialek-
tik qarşılıqlı təsirdə çıxış edir
. Bir tərəfdən, dini psixologiya, kütlələrin
inam və hissləri dinin mövcud olması üçün əlverişli zəmini genişləndirir.
Digər tərəfdən dini ideologiya, dini psixologiyaya güclü tə„sir
göstərir,
dinin yayılmasına və möhkəmləndirilməsinə çalışır.
Dinin cəmiyyətdə yerinə yetirdiyi sosial funksiyalara da diqqət
yetirilməlidir. Bu funksiyalar əsasən aşağıdakılardır: ilyuziyalı konpensa-
siyaedici
funksiya, dünyagörüşü funksiyası, requlyativ və kommunikativ
funksiya. Qeyd edək ki, son dövrlərdə buraya dinin xalqlar arasında sülh,
əməkdaşlıq və razılıq əldə etməyə yönələn funksiyası da əlavə olunur.
Birinci funksiyanın mahiyyətini insanların
praktika gücsüzlüyünü
illyuziyalı vasitələrlə tamamlamaq cəhdi təşkil edir.
Dostları ilə paylaş: