O göstərdi ki, bəşəriyyətin
tarixi təsadüfi hadisələr yığımı deyildir, o qanunauyğun xarakter
daşıyır
.
Tarixi proses haqqında O.Kontun ideyaları da diqqəti cəlb edir.
Konta qədər cəmiyyəti fərdlərin mexaniki məcmusu, insanları isə «sosial
atomlar» hesab edən baxış mövcud idi. Bu baxış göstərirdi ki, əvvəlcə
ayrı- ayrı adamlar, sonra isə cəmiyyət inkişaf edir. Fərdlərin müxtəlif
sahələrdə fəaliyyət qabiliyyəti, əxlaqi, siyasi və digər keyfiyyətləri nə
qədər yüksəkdirsə, cəmiyyət də bir o qədər yüksək dərəcədə
təkmilləşmişdir. Bu mövqeyi Herder, Lessinq, Volter, Russo və başqaları
irəli sürmüşdülər. XVIII əsr fransız mütəfəkkirləri (Holbax və Helvetsiy)
başqa xətti müdafiə edirdilər. Onların fikrincə şəxsiyyətin formalaşması
sosial mühitin tə„siri altında baş verir. Nəinki insanların bu və ya digər
fəaliyyəti, vərdişləri, həm də xarakteri onların sosial həyat şəraitinin tə„siri
altında formalaşır. Odur ki, cəmiyyət özünə uyğun olaraq, öz üzvlərinin
həyat tərzini əmələ gətirir. Buna görə də insanları dəyişdirmək, daha
mükəmməl etmək üçün cəmiyyəti, onun sosial və siyasi institutlarını,
təhsil və tərbiyə sistemini dəyişdirmək lazımdır. O, Kont bu qəbildən olan
baxışları müdafiə və inkişaf etdirdi. O cəmiyyətə sistem kimi yanaşırdı.
Onun fikrincə cəmiyyət onu təşkil edən şəxslərin, sosial təbəqələrin və
qrupların, bir sözlə özünün bütün subyektlərinin inkişafını müəyyən edir.
Ümumilikdə pozitivizm fəlsəfəsi cəmiyyətin mütərəqqi istiqamətdə
inkişafı ideyasını irəli sürmüşdür.
Kontun sosial dinamika tə„limi
cəmiyyətin inkişafını qanunauyğun və mütərəqqi proses kimi
səciyyələndirir
. Onun fikrincə ictimai əmək bölgüsü bu prosesdə mühüm
491
rol oynayır. Özünün «Pozitiv siyasət sistemi» əsərində o yazırdı:
«Bəşəriyyət sivilizasiyanın fiziki, mə„nəvi, əqli və siyasi nöqteyi-
nəzərdən gedişi dövründə fasiləsiz surətdə inkişaf edir».
1
Bu proses bəşəriyyətin intellektual təkamülünü, cəmiyyətin
mütərəqqi inkişafının bütün tərəflərinin məzmununu və istiqamətini
müəyyən edir. O həmin tərəqqinin sanki daxili substansiyasıdır.
Kont cəmiyyətin inkişafında harmoniyanın tə„min olunmasına
mühüm yer verirdi. Onun fikrincə harmoniya cəmiyyətin stabilliynin əsas
şərtidir. O hər bir insanın, sosial təbəqənin və xalqın normal mövcudluğu
və inkişafına imkan yaradır.
Cəmiyyətin inkişafı haqqında O.Kontun fikirlərini XIX əsr ingilis
mütəfəkkiri H. Spenser davam və inkişaf etdirmişdir. O özünün
cəmiyyətin üzvi quruluşu nəzəriyyəsində sosial təkamül məsələsinə geniş
yer verirdi. Spenserə görə sosial təkamül cəmiyyətin mütərəqqi inkişafı
deməkdir. Bu inkişaf cəmiyyətin quruluşunun mürəkkəbləşməsi və sosial
insititutların fəaliyyətinin təkmilləşməsi yolu ilə baş verir. Onun fikrincə
sosial təkamül insanların tələbatları ilə obyektiv surətdə şərtlənir. Spenser
göstərirdi ki, bu prosesdə insanların kollektiv fəaliyyətinin və müxtəlif
sosial institutların rolu artır. O yazırdı ki, cəmiyyətdə tərəqqi daim fərdi
fəaliyyətin korporativ orqanların fəaliyyəti tərəfindən udulması
istiqamətində baş verir. Müxtəlif nəsillərin birgə səyləri ilə həyata
keçirilən sosial təkamül gedişində cəmiyyətin bir çox funksiyaları
dəyişilir, «onların ölçüləri rəngarəngliyi,müəyyənlik dərəcəsi və
mürəkkəbliyi artır».
Görkəmli fransız mütəfəkkiri E.Dürkheym (1858-1917) də öz
fəlsəfi təlimində cəmiyyətin inkişafı məsələsinə xüsusi diqqət yetirirdi. O
göstərirdi ki, kollektivçilik cəmiyyətin inkişafını müəyyən edən «əsas
sosiallıq amilidir». Dürkheym kollektivçiliyinin inkişafında və sosial inte-
qrasiya prosesində idealların və etiqadların həlledici rol oynadığını qeyd
edirdi.
XIX əsrin fəlsəfi fikrində psixoloji istiqamət adlanan cərəyanın
tərəfdarları (L.Uord, Q.Tard və başqaları) cəmiyyətin inkişafını fərdin və
qrupların psixikası ilə izah edirdilər.
Ictimai fikir tarixində bir elmin konseptual əsasları və
müddəalarının digərinə köçürülməsi halları az olmamışdır. Məsələn, XVII
və XVIII əsrlərdə mexanika və həndəsə elmlərinin müddəaları cəmiyyət
tarixinə tətbiq edilirdi. XIX əsrdə isə Darvinin təkamül nəzəriyyəsinin
tə„siri altında bir çox sosioloqlar və tarixçilər «orqanizm», «növ»,
1
Bax: Философия. V.Lavrinenkonun redaktəsi ilə. M.,1996, s.304.
492
«yaşamaq uğrunda mübarizə» və sair anlayışların cəmiyyət həyatına aid
edirdilər.
XIX əsrin sonunda fəlsəfi fikirdə geniş yayılmış istiqamət-
Dostları ilə paylaş: |