Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


ekzistensial (insan mövcudluğu) fəlsəfə meydana



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə548/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   544   545   546   547   548   549   550   551   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

ekzistensial (insan mövcudluğu) fəlsəfə meydana 
gəldi. Bu cərəyanın tərəfdarları həm də tarixin fəlsəfi anlaşılmasına 
böyük diqqət yetirirdi
. Onun görkəmli nümayəndələrindən biri alman 
filosofu K. Yaspers (1883-1969) olmuşdur. Bir sıra digər filosoflardan 
fərqli olaraq o, bəşəriyyətin vahid mənbəyini və inkişaf yolunu qəbul edir. 
Lakin bu tezisə qəti yanaşmır, göstərirdi ki, onun əksi olan tezis də irəli 
sürülə bilər. Yaspers cəmiyyətin inkişafında iqtisadi amillərin həlledici rol 
oynadığını iddia edən marksizmə qarşı çıxırdı. O əlbəttə iqtisadi tərəfin 
əhəmiyyətini heçə endirmir, amma göstərir ki, tarix bəşəriyyətin varlığı 
kimi daha çox mə„nəvi amillərlə müəyyən olunur. Yaspers özünün tarix 
fəlsəfəsini bəşəriyyətin bu günü ilə keçmiş tarixi yolu arasında qırılmış 
əlaqələri bərpa etmək cəhdi kimi qiymətləndirirdi. Bu məqsədlə də o «ox 
tarixi» (tarixin vahid istiqamətli xətt üzrə inkişafı) anlayışından geniş 
istifadə etmişdir. Yaspersə görə bu ox dövrü təxminən e.ə. 800-200- ci 
illəri əhatə edir. Onun fikrincə məhz həmin dövrdə tarixdə böyük dönüş 
baş vermiş, bu gün yaşamaqda olan insan tipi meydana gəlmişdir. «Ox 
1
Шпенглер О. Закат Европы. М.,1993, 153. 
2
Тойнби А. Постижение истории. М. 1991, с. 100. 


494 
dövrü»ndə bəşəriyyət tarixinin strukturu qərarlaşır. Bu dövrün ən görkəmli 
hadisələri Çində Konfusi və Lao- Tsının, Hindistanda Upanişadların və 
Buddanın, Iranda xeyrlə- şərin mübarizəsini əks etdirən Zərdüştilik dini-
nin, Fələstində peyğəmbərlərin fəaliyyətinin, Yunanıstanda isə Homerin, 
Parmenidin, Heraklitin və Platonun mövcud olmasıdır. Beləliklə Yaspersə 
görə dünya tarixinin ilk çıxış nöqtəsini «onun ox dövrü», başqa sözlə 
deyilsə, fəlsəfənin və dünya dinlərinin yarandığı dövr təşkil edir. O vaxt-
dan bəri tarix vahid xətt üzrə inkişafdadır, həm də bu proses heç vaxt başa 
çatmır.

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   544   545   546   547   548   549   550   551   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin