Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə550/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   546   547   548   549   550   551   552   553   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Ümumiyyətlə 
Popperin 
antitarixisizm 
ideyasının 
əsas 
müddəaları aşağıdakılardır:
1) Tarix mahiyyət etibarilə siyasi və ictimai 
hadisələrin xronikası deməkdir. Tarixçilər ümumi situasiyalar və meyllər 
ilə maraqlana bilərlər, lakin həqiqətdə onlar fərdi və unikal hadisələrlə 
məşğul olurlar. 2) Cəmiyyətə bütöv bir tam kimi baxmaq olmaz, çünki 
xolizm 
(bütöv, sistemli yanaşmaq) metodoloji cəhətdən qeyri mümkündür. 
Insan təfəkkürü ayrı- ayrı elementləri, meylləri və onlar arasındakı bəzi 
əlaqələri dərk edə bilər. Lakin o mürəkkəb sistem kimi götürülən tamı an-
lamaq iqtidarında deyildir. Buna görə də ayrı- ayrı tarixi hadisələrin və 
proseslərin öyrənilməsindən alınan nəticələri bütünlükdə cəmiyyətə, 
xüsusən də onun gələcəyinə tətbiq etmək mümkün deyildir. 3) Tarixdə 
təbiət qanunları mənasında götürülən qanunlar mövcud deyildir. Buna 
görə də tarixisizm nümayəndələrinin tarixi qanunlar adlandırdıqları şey 
əslində inkişafın meylləri və istiqamətlərinin təsviri deməkdir. Popperin 
fikrincə elmin qanunları əbədi və dəyişilməz əlaqələri ifadə etməlidir. 
Yalnız bu halda onlar obyektiv dünyada baş verən dəyişiklikləri izah edə 
bilər. Əgər bu qanunların özü dəyişkəndirsə, onda onların köməyi ilə 
dəyişiklikləri izah etmək olmaz. Çünki bu halda həmin dəyişikliklərə 
möcüzə kimi baxılmalıdır. Popperə görə əgər tarixisizmin özü tarix 
qanunlarının bir dövrdən digərinə keçildikdə dəyişildiyini etiraf edirsə, 
onda onlar sözün əsl mənasında qanun hesab oluna bilməz. Buna görə də o 
tarixi fərdi, unikal və təkrar olunmaz hadisələrin xaosu (qarmaqarışıqlığı) 
hesab edir. Burada nəinki əbədi dəyişilməz qanunları, hətta statistik 
requlyarlığı belə aşkar etmək mümkün deyildir. 4) Tarixin inkişaf 
qanunları əsasında gələcəyi irəlicədən görmək olmaz. Əvvəla, ona görə ki, 


497 
belə qanunlar yoxdur. Sonra, əgər belə qanunlar olmuş olsaydı da belə, 
onlar əvvəlcədən bilinməyən dəyişikliklərin baş verməsi nəticəsində öz 
təsir qüvvəsini itirərdi. Deməli gələcəyi elmi əsasda, yəni qanunlar 
əsasında irəlicədən görmək mümkün deyildir. 5) Popperə görə gələcəyi 
görməyin özü iki növə ayrılır: peyğəmbərlik və texnoloji mülahizələr. Bi-
rincini o, meteoroloqların yaxınlaşmaqda olan, lakin qarşısı alınmaz 
qasırğanın baş verəcəyi haqqında məlumatlarına bənzədir. Ikinci növ isə 
aşağıdakı mülahizəyə oxşayır: hansı formada və hansı tikinti 
materiallarından sığınacaq tikmək lazımdır ki, o qasırğanın təsirinə tab 
gətirə bilsin və beləliklə də insanları və texnikanı fəlakətdən qorusun. 
Popperə görə cəmiyyətə münasibətdə peyğəmbərlik etmək utopiyadır, 
yalnız texnoloji mülahizələr realdır. Onlar da təbiətin və iqtisadiyyatın 
qanunlarına əsaslanırlar.
Beləliklə Popper cəmiyyət miqyasında sosial proqnozlaşdırmanın 
qeyri mümkün olduğunu metodoloji cəhətdən əsaslandırmağa çalışır. O 
sübut etmək istəyir ki, əsaslı sosial dəyişikliklər cəmiyyətin qanunauyğun 
inkişafı nəticəsi deyildir, o yalnız tarixisizm mövqeyində duranların bəd 
əməllərinin nəticəsidir. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   546   547   548   549   550   551   552   553   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin