506
nail olmaq yalnız zərurəti dərk etmək sayəsində mümkündür.
Deməli
azadlığın əldə edilməsi zərurətin dərk olunması ilə sıx bağlıdır. Məhz ta-
rixi zərurəti dərk edib reallaşdırmaq yolu ilə azad cəmiyyət yaratmaq
mümkündür. Igtimai həyatın bütün sahələrində öz üzvlərinə real azadlıq
verən cəmiyyət tərəqqi göstəricilərinə görə ən yüksək səviyyədə durur.
4. Dünya tarixinin vəhdəti və rəngarəngliyi
.
Fəlsəfə, tarixi prosesi təşkil edən son
dərəcə müxtəlif hadisələri
ümumiləşdirmək, onlardan mühümü qeyri- mühümdən ayırmaq üçün me-
todoloji silah rolunu oynayır. Bu cür yanaşma hadisələrin xronoloji, empi-
rik təsvirindən fərqli olaraq tarixi prosesin ümumi qanunauyğun xarakteri-
ni açmaq imkanı verir. Fəlsəfi fikirdə bu baxış XV-XVII əsrlərdə
formalaşmışdır. Onun əsasında
böyük coğrafi kəşflər, dəniz səyahəti və
ticarətin inkişafı, bütövlükdə kapitalizmin təşəkkülü prosesi durur. Məhz
kapitalizm quruluşunun yaranması sayəsində ölkələr və xalqlar arasında
təsərüfat və mədəni əlaqələr genişlənməyə başladı.
Bu dövrdən etibarən
aydın oldu ki, müxtəlif ölkələrin və xalqların mədəniyyətində,
həyat
tərzində, dini etiqadlarında, sosial quruluşunda, iqtisadiyyatında nə isə bir
vəhdət, ümumilik mövcuddur. Deyilənlərdən aydın olur ki,
Dostları ilə paylaş: