502
aparırlar. Qeyd olunan vəziyyət keçid dövrünü yaşayan müasir
Azərbaycan cəmiyyəti üçün də səciyyəvidir.
Sosial reallığa geniş miqyasda yanaşdıqda burada üçüncü tipdən
olan dəyişikliklərin, yəni
spiralvari dinamikanın
baş verdiyini görmək
olar. Dinamikanın bu tipi cəmiyyətin müxtəlif keyfiyyət vəziyyətlərini
əhatə edən proseslərin istiqamətini əks etdirir. Lakin nəzərdə tutlmalıdır
ki, ictimai həyatda spiralvarilik sosial dəyişikliklərin müxtəlif tiplərindən
yalnız biridir.
Dinamikanın spiralvari tipi tarixi inkişafın nisbətən böyük
dövrlərində çoxlu miqdarda məlumatları cəmləşdirərkən üzə çıxır
. Bu
onunla izah edilir ki, inkişaf prosesində inkarı inkar qanununun tələblərinə
uyğun olaraq sosial orqanizm əvvəlcə özünün əksinə çevrilir (1-ci inkar)
və yalnız bundan sonra ikinci inkar baş verir.
Əlbəttə spiralvari istiqaməti birmənalı irəliyə doğru, yüksələn xətt
kimi təsəvvür etmək doğru olmazdı. Belə ki, sosial sistem daxilində
inkişaf, həm də enən spiralvari proses kimi çıxış edə bilər. Hər iki
istiqamət üzrə gedən spiralvari proseslər mədəniyyətin inkişafında da
özünü göstərir. Məsələn XVII əsrdə avropalıların şüuru və
mədəniyyətində təbiəti ram edən insan psixologiyası qərarlaşdı. Bir
müddət keçdikdən sonra bu, Avropada humanizmin fərqləndirici
xüsusiyyətinə çevrildi. Təbiətə unitar münasibət bu regionun iqtisadi və
mədəni tərəqqisinə kömək etdi, onu başqalarından irəliyə apardı. Lakin
sonrakı dövrdə istehsalın qeyri- humanist istiqamətinin artması, ekoloji
böhranlar aydın surətdə göstərdi ki, ənənəvi formalarda həyata keçirilən
Avropa mədəniyyətinin son həddi gəlib çatmışdır. Bu fakt dərk olunduq-
dan sonra təbiətə hökmranlıq psixologiyası aradan çıxmağa başladı. Nəticə
antissiyentist (elmə qarşı) və antitexnisist (texnikaya qarşı) əhval ruhiyyə
yarandı.
Yuxarıda sosial prosesin tsiklik, xətti və spiralvari formaları izah
olundu. Qeyd etmək lazımdır ki, onlar bir- biri ilə yanaşı və ya bir- birinin
ardınca düzülməmişdir. Real tarixi prosesdə onlar qarşılıqlı əlaqəli,
qarşılıqlı şərtlənmiş, qarşılıqlı surətdə birinə nüfuz etmiş şəkildə çıxış
edirlər.
Dostları ilə paylaş: