498
inkişaf edir; b) tarixilik ruhun inkişafının xüsusi forması və ya mərhələsi
kimi müəyyən edilir. Daha dəqiq desək tarixilik öz- özünü dərk edən
cəmiyyətlərin və ona müvafiq mədəniyyətlərin ardıcıl surətdə bir- birini
əvəz etməsi şəklində reallaşan xalqların ruhu kimi təsəvvür olunur. v) ta-
rixin qanuauyğun və geri dönməz xarakteri qəbul olunur, göstərilir ki, bu-
rada təkrarlar yalnız qismən, özü də spiral dövrələri formasında baş verir;
q) tarixin əvvəli və sonu olduğu təsdiq edilir və deməli tarix bəşəriyyətin
inkişafında belə mərhələrdən biri kimi anlaşılır. Qeyd olunur ki, həmin
mərhələdən əvvəl tarixə qədərki mərhələ olmuşdur və ondan sonra
tarixdən sonrakı mərhələ gələcəkdir. Burada azadlıq, ruhun kamilliyi və
onun özü- özü ilə tam qovuşması baş verəcəkdir; s) şəxsiyyətlər də bütün
digər tarixi təfərrüatlar kimi, yalnız tarixin ruhunun, onun
qanunauyğunluğunun daşıyıcısı və təzahürləri olduğu dərəcədə maraq
doğurmalı və öyrənilməlidir.
Dostları ilə paylaş: