501
institutların təkrar istehsalını göstərmək olar. Bu yol ilə cəmiyyət öz-
özünü tənzim edir. Təkrarlanan tsikl cəmiyyətin mövcudluğu və qorunub
saxlanılmasının mühüm üsulu rolunu oynayır. Bu üsul xarici aləm ilə
qapalı münasibətlərdə olan ölkələrin tarixində (məsələn Çində) xüsusilə
mühüm yer tutur. Məlumdur ki, burada feodal münasibətləri iki min il
ərzində davam etmişdir. Bu vəziyyətin təmin olunmasında tsiklik
dəyişikliklər az rol oynamamışdır.
Tsiklik dəyişikliklərin ikinci növü- tarixi tsikllər də cəmiyyətin
inkişafında əhəmiyyətli yer tutur. Tarixi tsikl dedikdə müəyyən sosial sis-
temin mənşəyi, inkişafı, çiçəklənməsi və tənəzzül edərək dağılması
proseslərinin vəhdəti başa düşülür. O belə bir real faktı ifadə edir ki, bütün
digər maddi obyektlər kimi, hər hansı konkret cəmiyyət də müvəqqəti
ömür yaşayır. Öz dövrünü başa vurduqdan sonra o məhv olur. Əlbəttə bu
prosesi hərfi mənada anlamaq doğru olmazdı. Belə ki, hər bir cəmiyyət
sıradan çıxanda, onun müəyyən tərəfləri yeni yaranan cəmiyyətdə
saxlanılır.
Son dövrlərdə fəlsəfi ədəbiyyatda planetar sistem kimi götürülən
Yer kürəsinin təkamülündə meqatsiklin (böyük miqyaslı tsiklin)
mümkünlüyünə dair fikirlər söylənilir. Digər tərəfdən müasir dövrdə qlob-
al miqyaslı ziddiyyətlər o qədər kəskinləşir ki, hətta vaxtilə Ş.Furyenin
irəli sürdüyü fikrin (cəmiyyətin yüksələn xətt üzrə inkişafı deyil, geriyə
getməsi) həyata keçməsi də istisna olunmur.
Tarixi prosesdə sosial dinamikanın
ikinci tipi-
xətti tipi də çox
böyük yer tutur. Həm də göstərilməlidir ki, xətti dəyişikliklərin məzmunu
təkcə tərəqqi istiqaməti ilə məhdudlaşmır. Onlar həm də tənəzzül yolu ilə
(xətti istiqamətdə cəmiyyətin geriyə getmə) baş verə bilər. Xətti
istiqamətdə tərəqqi və tənəzzül dəyişiklikləri əksliklərin vəhdəti kimi çıxış
edir. Onlar bir- birini tamamlayırlar, lakin hər bir konkret dövrdə onlardan
biri üstün yer tutur.
Dostları ilə paylaş: