Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə562/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   558   559   560   561   562   563   564   565   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

ictimai inkişafın 
hərəkətverici qüvvələri sistemində obyektiv və subyektiv tərəflər 
vəhdət təşkil edirlər
. Obyektiv amillər dedikdə cəmiyyət həyatının təbii 
şəraiti, insanların həyat şəraitini təmin etməyə yönələn obyektiv tələbatlar, 
maddi istehsal, cəmiyyətin sosial strukturu, mövcud dövlət quruluşu və 
sair nəzərdə tutulur. Hər bir nəsil onları hazır şəkildə qavrayır. Məhz onlar 
həmin nəslin gələcək həyat fəaliyyətini şərtləndirir. 
Subyektiv amillər bütövlükdə insanların mənəvi dünyasını, şüurunu 
və vərdişlərini, sosial təcrübəsini, mədəniyyət səviyyəsini və iradi 
keyfiyyətlərini əhatə edir. Insanların fəaliyyətində mühüm əhəmiyyət kəsb 
edən mütəşəkkilliyi də buraya aid etmək olar. 
Obyektiv və subyektiv amillərin qarşılıqlı təsirini düzgün nəzərə 
almaq çox vacibdir. Burada birtərəfliliyə yol verilməməlidir. Belə ki, 
insanların şüurlu fəaliyyətinin rolunu lazımi qiymətləndirməmək, hər şeyi 


510 
obyektiv amillərdə görmək tarixi prosesi mistikləşdirməyə (sehrli qüvvə 
tərəfindən idarə edilən) aparır. Belə çıxır ki, burada hər şey əvvəlcədən 
müəyyən olunmuşdur və insanlar heç nəyi dəyişdirə bilməzlər. Bu baxış 
iddia edir ki, insanların vəzifəsi hadisələrin axarına tabe olmaq və kortəbii 
zərurətin fəaliyyətinə uyğunlaşmaqdan ibarətdir. Belə yanaşma fatalizm 
(fatalis- tale deməkdir) adlanır. Cəmiyyətin inkişafı onun yanlış olduğunu 
sübut edir. Çünki insanların şüurlu fəaliyyətinin miqyası və imkanları 
durmadan genişlənir. Bu prosesdə elm və mədəniyyət, sosial təcrübə 
böyük rol oynayır. 
Digər ifrat həddi subyektivizm və ya volyuntarizm təşkil edir. Onun 
tərəfdarları insanların şüur və iradəsinin əhəmiyyətini şişirdirlər. 
Cəmiyyətin obyektiv inkişaf qanunlarına məhəl qoymurlar. Nəticədə 
həyatdan ayrı düşmüş nəzəriyyə və sxemlər işlənib hazırlanır. Onları 
həyata keçirmək cəhdləri isə cəmiyyəti çətin vəziyyətə salır. Obyektiv 
şəraiti nəzərə almadan, təkcə subyektiv amillərə arxalanmaqla fəaliyyət 
göstərmək uğursuzluğa düçar olur. 
Sosial fəlsəfə öyrədir ki, cəmiyyətdəki bütün dəyişiklikləri insanlar 
yaradırlar. Bu prosesdə onlar şüurlu surətdə və ya müəyyən instinktiv 
sövqedicilərin təsiri altında hərəkət edirlər. Qeyd olunan fakt sübut edir ki, 
bu elmin mistika (sehr) ilə heç bir əlaqəsi yoxdur. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   558   559   560   561   562   563   564   565   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin