Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Istehsal ilə tələbat arasında əlaqə birtərəfli olmayıb mürəkkəb



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə565/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   561   562   563   564   565   566   567   568   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Istehsal ilə tələbat arasında əlaqə birtərəfli olmayıb mürəkkəb 
təbiətə malikdir
. Belə ki, hər bir yeni tələbat istehsalı stimullaşdırır, onun 
qarşısında yeni vəzifələr irəli sürür. Tələbatların ödənilməsi prosesində 
eyni zamanda yeni tələbatlar yaranır, bunlar isə öz növbəsində istehsalın 
inkişafını stimullaşdırır. Artan tələbatların tə'siri ilə insanlar müntəzəm 
surətdə əmək fəaliyyəti dairəsini genişləndirir və təkmilləşdirirlər. 


513 
Beləliklə, nəsillər bir- birini əvəz etdikcə istehsal təcrübəsi dəyişir və 
təkmilləşir. Tarix boyu insanların fəaliyyət növləri genişlənir və daha 
mürəkkəb formalar alır, maddi və mə'nəvi tərəqqi, texniki və sosial 
çevrilişlər baş verir. Bütün bunlar onu göstərir ki, cəmiyyətin tarixi 
insanların tələbatlarının inkişafı, bu tələbatların strukturunun dəyişməsi 
ilə bağlıdır. Tarixdə tələbatların artması qanunu fəaliyyət göstərir.
Bu ümumsosioloji qanun bir tərəfdən maddi istehsal ilə maddi 
tələbatlar arasında, digər tərəfdən isə mə'nəvi istehsal ilə mə'nəvi tələbatlar 
arasında dialektik ziddiyyəti ifadə edir.
Istehlak, tələbatın ödənilməsi prosesini qismən tamamlayır, yeni 
tələbatlar yaradır. O həm də istehsal subyektinin qabiliyyətini inkişaf etdi-
rir, tələbatların artmasını stimullaşdırır. Istehlak yeni tələbat doğurur. Bu 
isə öz növbəsində istehsalın inkişafına yeni təkan verir. Sanki «yeni 
sifariş» əldə edən istehsal yeni tələbat yaradır. Bu cür davam edən silsilə 
isə ictimai inkişafın bir pillədən digərinə yüksəlməsinin mühüm mənbəyi 
və hərəkətverici qüvvəsini təşkil edir.
Tələbatlar mənafelərlə sıx bağlıdır. Mənafe fərdlərin və sosial 
qrupların öz tələbatlarını başa düşməsi əsasında formalaşır. Beləliklə də o 
obyektiv ilə subyektivin mürəkkəb vəhdətini ifadə edir.
Insanları fəaliyyət göstərməyə sövq edən amillər arasında 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   561   562   563   564   565   566   567   568   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin