511
cəmiyyətdə öz yerini başa düşdüyü, öz fəaliyyətinin sosial əhəmiyyətini
və tarixi prosesin istiqamətini dərk etdiyi dərəcədə tarixin subyektinə
çevrilirlər. Başqa sözlə deyilsə, iqtisadi və sosial münasibətlərin,
cəmiyyətin siyasi sisteminin təkmilləşməsində və mə'nəvi həyatın
inkişafında şüurlu surətdə fəaliyyət göstərən hər bir insan və ya sosial qrup
tarixin subyekti kimi çıxış edir. Obyektiv xarakter daşıyan ictimai inkişaf
prosesi insanların subyektiv fəaliyyəti, onların hərəkət və münasibətləri
vasitəsi ilə həyata keçirilir. Insan heyvandan fərqli olaraq təbiətdə hazır
olan ne'mətləri istehlak etməklə kifayətlənmir, öz sosial ehtiyaclarını
ödəmək naminə yenilərini yaradır. Həm də zaman keçdikcə o özünün
əmək fəaliyyəti növlərini, əmək qabiliyyətini inkişaf etdirir, təkmilləşdirir.
Nəhayət, yaradıcı fəaliyyətin gedişində, dəyişilməkdə olan sosial mühitin
tə'siri altında insanların özü də, onların maddi və mə'nəvi həyatı, şüuru,
zövqləri və sair də dəyişilir.
Ictimai istehsalın inkişafı və dəyişilməsinin mənbəyi insanların fəal
yaradıcılığı, onların öz həyat şəraitinə xüsusi reaksiya verməsi ilə (yə'ni
onlar heyvanlardan fərqli olaraq şüurlu əmək fəaliyyətinə qadir olan
nəsillər təkrar istehsal edirlər) bağlıdır. Məhz bu sonuncu amil əsasında
əhali artımı baş verir, əhali inkişaf edir və bütün planetə yayılır.
Buradan aydın olur ki, ictimai həyatın hər iki yarımstrukturu (həyat
vasitələri istehsalı və həyatın özünün istehsalı) bir-birindən ayrılıqda
mövcud ola bilməz. Bununla yanaşı onların hər birinin özünəməxsus
hərəkətverici qüvvələri vardır. Bütövlükdə insanların çoxtərəfli ictimai
fəaliyyəti ilə insan nəslinin təkrar istehsalının bir-birilə qarşılıqlı tə'siri
nəticəsində həm əhalinin artımı baş verir, həm də insanların özü
təkmilləşir, onların məişəti, mədəniyyəti, qabiliyyətləri, mənafeləri
dəyişilir- bir sözlə sosial inkişaf baş verir.
Təbiətdə və təfəkkürdə olduğu kimi, cəmiyyətdə də inkişafın daxili
mənbəyini, hərəkətverici qüvvəsini ziddiyyətlər və onların həll edilməsi
təşkil edir. Ziddiyyətlərin inkişafın hərəkətverici qüvvəsi olması haqqında
fəlsəfi müddəa sosial həyatda bir qədər özünəməxsus mə'na kəsb edir.
Belə ki, cəmiyyət miqyasında götürüldükdə, ziddiyyətdər konkret şəkil
alır. Yəni burada onlar sosial ziddiyyətlər kimi çıxış edir. Deməli,
Dostları ilə paylaş: