Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Xalqın sosial həyatda həlledici rolu onu təşkil edən sosial və et-



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə571/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   567   568   569   570   571   572   573   574   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Xalqın sosial həyatda həlledici rolu onu təşkil edən sosial və et-
niki birlik formalarının fəaliyyətində özünü göstərir
. Doğrudan da belə 
götürükdə özü-özlüyündə xalq ümumiləşmiş anlayışdır. Onun tərkibi 
konkret fəaliyyət göstərən sosial qruplardan, siniflərdən və millətlərdən 
ibarətdir. Buna görə də həm keçmişdə, həm də indiki dövrdə xalqın 
həlledici rolu onu təşkil edən həmin subyektlərin fəaliyyəti vasitəsilə 
təzahür edir. Xalqın daxili subyektləri sırasında isə millət, milli hərəkatlar 
müstəsna yer tutur. O tarix meydanına XIX əsrin son rübündə qədəm 
qoymuşdur. Həmin dövrdən başlayaraq bu gün də daxil olmaqla milli 
hərəkat ictimai inkişafın mühüm amili rolunu oynayır. Onun hansı dövrdə 
və harada baş verməsindən asılı olmayaraq xarakteri və məzmunu əsas 
etibarilə eynidir. Bu o deməkdir ki, milli hərəkat millətin əksəriyyətinin 
məqsəd və vəzifələrini yerinə yetirməyə, milli istiqlaliyyət əldə etməyə 
yönəlir. 
Məhz milli müstəqilliyin əldə olunması millətin həqiqi 
mənafelərinə tam uyğun gəlir
. Çünki o siyasi və iqtisadi həyatın, 
mədəniyyətin inkişafı üçün misilsiz imkanlar açır. Lakin milli hərəkat öz 
hüdudlarını aşdıqda mənfi, neqativ istiqamət alır: milli tolerantlığa qarşı 
çıxır, milli ayrı seçkilik aşılayır; milli azlıqların hüquqlarını tapdalayır və 
bir sözlə millətçiliyə gətirib çıxarır. Nəticədə milli əlahiddəlik təlqin olu-
nur. Beləliklə, millətçilik özünün əvvəlki mütərəqqi rolunu itirir və 
mürtəce istiqamətə yönəlir. O xalqın iqtisadi inkişafına və maddi rifahına 


519 
güclü zərbə vurur, cəmiyyətin mə'nəvi mühitini korlayır. Müxtəlif 
millətlərin (etnosların) nümayəndələrinin təmsil olunduğu Azərbaycanda 
çoxmillətli dövlət daxilində milli azlıqların hüquqları qorunur, onların 
mədəniyyətinə, dilinə, tarixi ən'ənələrinə hörmətlə yanaşılır. 
Qeyd olunmalıdır ki, ümumən milli hərəkatlar daxilən ziddiyyətli 
proses kimi çıxış edir. Bu, onun tərkibinin qeyri-yekcins sosial 
qüvvələrdən təşkil olunması ilə izah ediir. Məsələn bu hərəkatda rəhbərliyi 
ələ alan təbəqələr bə'zən özünün təmənnalarını həyata keçirmək naminə 
xalqın, millətin ümumi mənafelərini tapdalaya bilirlər. 
Nəhayət xalq kütlələri öz həlledici rolunu həm də 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   567   568   569   570   571   572   573   574   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin