Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Xalq anlayışının sosial məzmununda aşağıdakı üç əlamət



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə569/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   565   566   567   568   569   570   571   572   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Xalq anlayışının sosial məzmununda aşağıdakı üç əlamət 
başlıca yeri tutur

Birinci əlamət 
tarixən ümumi taleyə malik olmaq he-
sab edilir.Hər hansı bir vahid xalqın formalaşmasının müqəddəm şərti eyni 
bir əraziyə və dövlətə malik vətəndaşların mövcudluğudur. Xalqın 
müəyyən tarixi səbəblər üzündən səpələnməsi (yəhudi, erməni) və yaxud 
da uzun müddət bölünmüş halda yaşaması (koreya xalqı, cənubda və 
şimalda yaşayan azərbaycanlılar) onun nümayəndələrinin tarixi tale ümu-
miliyini inkar etmir. 
Ikinci əlamət
, xalqı bütöv bir tam kimi birləşdirən 
ümumi inamın ümumxalq ideyasının olmasıdır. Bu halda xalqı birləşdirən 
ümumi inamın dini xarakter daşıması məcburi deyildir. Tarixdə elə 
dövrlər çox olmuşdur ki, xalqın tərkibi dünyavi inam zəminində (məsələn 
milli azadlıq ideyası) birləşir. Deməli xalqı birləşdirən inamın forması o 
qədər də vacib deyildir. Əsas məsələ inamın, kütlələrin ictimai şüuruna nə 
dərəcədə hakim olmasıdır. Bununla əlaqədar qeyd edək ki, müasir dövrdə 
Azərbaycan xalqını birləşdirə biləcək ümumi ideyanın, milli ideologiyanın 
yaradılması son dərəcə zəruridir.
Üçüncü əlamət
tarixi perspektivin ümu-
miliyidir. Bəzən bu əlamətin roluna lazımi diqqət yetirilmir. Lakin nəzərdə 
tutulmalıdır ki, öz tarixi gələcəyini görməyən xalq məhvə məhkumdur. 
Çünki bu halda əvvəllər xalqı vahid bir tam kimi birləşdirən tale ümumi-
liyi tədricən onu içəridən parçalayan qüvvəyə çevrilir. 
Xalqın ümumi keyfiyyətlərindən danışarkən onun 
tarixi yaddaşı
məsələsinə toxunmamaq olmaz. Tarixi yaddaşa malik olmaq öz 
mahiyyətinə görə bir növ keçmişi indiki dövrdə yaşatmaq deməkdir. 
Xalqın öz keçmişinə müraciəti müxtəlif cür (hörmətlə yanaşma və nihilist 
münasibət) olur. Təbiidir ki, birinci forma xalqın gələcək inkişafı üçün 
etibarlı start meydançası rolunu oynayır. Ikinci forma (keçmişə nihilist 
münasibət) özünü göstərdikdə xalqın gələcək inkişafı və taleyi şübhə 
altına alınır. Öz keçmişinə hörmətlə yanaşan xalq onu birləşdirən ideya və 
məqsədi, tarixi perspektivi aydın başa düşə bilir. Bu keyfiyyət həm də 
xalqın inkişafında varislik prinsipini təmin edir. Varislik təkcə şüur 


517 
hadisələrində deyil, həm də keçmişdən miras qalmış maddi mədəniyyət 
abidələrinin qorunub saxlanmasında və sair sahələrdə özünü göstərir. Öz 
keçmişinə biganə münasibət bəsləyən xalqın gələcək perspektivi şübhə 
doğurur. Bununla əlaqədar göstərilməlidir ki, müstəqillik əldə etdikdən 
sonra Azərbaycan xalqı öz keçmişinə böyük qayğı göstərir. Bu öz 
ifadəsini tarixi mədəniyyətin, dilin, adət və ənənələrin qorunub 
saxlanılmasında tapır. 
Beləliklə ümumi mənada götürdükdə xalqa aşağıdakı kimi tərif 
vermək olar: 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   565   566   567   568   569   570   571   572   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin