Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


bu və ya digər tarixi dövrdə müəyyən



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə577/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   573   574   575   576   577   578   579   580   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

bu və ya digər tarixi dövrdə müəyyən 
görkəmli şəxsiyyətin yetişməsi də təsadüfi deyildir
. O bir çox cəhətdən 
tarixin vaxtı çatmış tələbatını ifadə edir. G.Plexanov göstərirdi ki, 
görkəmli şəxsiyyətin cəmiyyətin ictimai- siyasi, elmi-texniki və bədii 
inkişafına böyük təsir göstərməsi iki şərtlə əlaqəlidir. Birincisi istedaddır. 
Həmin adam öz istedadı sayəsində dövrün ictimai tələbatlarına başqalarına 
nisbətən daha çox yaxın olur. Bu mənada qəhrəman o demək deyildir ki, o 
hadisələrin təbii gedişini dayandırır və ya dəyişdirir. Əksinə o deməkdir 
ki, həmin qəhrəmanın fəaliyyəti hadisələrin bu zəruri və qeyri-şüurlu 
gedişini şüurlu və azad surətdə ifadə edir. Bu şərtlə əlaqədar onu da demək 
lazımdır ki, hər bir dövrdə cəmiyyətdə bir neçə görkəmli şəxsiyyət 
mövcud olur. Lakin onlardan yalnız biri ön plana çıxır və başqalarını 
kölgədə qoyaraq, görkəmli olur. Bu prosesdə təkcə zərurət deyil, təsadüfi 
amillər də əhəmiyyətli rol oynayır. Belə hallarda həmin şəxsiyyətin 
arxasında müəyyən sosial qruplar və təbəqələr dayanır. Ikinci şərt budur 
ki, mövcud ictimai quruluş şəxsiyyətə öz qabiliyyətlərini reallaşdırmaqda 
maneçilik törətməməlidir
2
Yuxarıda deyildiyi kimi tarix insanlar tərəfindən obyektiv qanunlar 
üzrə yaradılır. Xalq böyük miqyasda parçalanmış çoxluqdur. Onun gücü 
və enerjisindən səmərəli istifadə etmək üçün vahid rəhbərliyin olması 
tələb olunur. Bu rəhbərliyi isə görkəmli şəxsiyyət həyata keçirir.
1
Гегель Г. Сочинения Т.8 М 1959. С. 29-30 
2
Плеханов Г. Избр. философ. произв. Т.2 М. 1956 с.333. 


526 
Quraq torpağın yaşıl ağaca ehtiyacı olduğu kimi, xalqın da ağıllı 
rəhbərə ehtiyacı vardır. Platon göstərirdi ki, dünya yalnız müdriklərin çar 
olacağı və ya hökmdarların müdrikləşəcəyi dövrdə xoşbəxt olacaqdır.
Bəşəriyyətin tarixi boyu baş vermiş sonsuz sayda hadisələr müxtəlif 
mənəviyyata və zəkaya malik şəxsiyyətlərin (dahi və ya küt, istedadlı və 
ya orta səviyyəli, iradəli və iradəsiz, mütərəqqi və ya mürtəce) rəhbərliyi 
altında həyata keçirilmişdir. Şəxsiyyət təsadüf və ya zərurət üzündən 
dövlət başına, orduya, xalq hərəkatına, siyasi partiyaya, rəhbərliyə 
keçdikdən sonra tarixi hadisələrin gedişinə çox müxtəlif istiqamətlərdə 
(müsbət və ya mənfi) təsir göstərir. Buna görə də siyasi, dövlət 
hakimiyyətinin və ümumiyyətlə inzibati hakimiyyətin kimin əlində 
olmasının cəmiyyət üçün böyük əhəmiyyəti vardır. Şəxsiyyətin rəhbərlik 
etməsi həm cəmiyyətin və həm də həmin adamın özünün şəxsi 
keyfiyyətləri ilə şərtlənir. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   573   574   575   576   577   578   579   580   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin