525
cür ümumdünya-tarixi şəxsiyyətlərin faciəsi bundadar ki, onlar öz-özünün
ağası deyildir. Dünya ruhunun alətləridir. Onlar öz zəruri tarixi yürüşünü
məhz bu Dünya Ruhunun köməyi ilə və onun vasitəsilə həyata keçirirlər.
Dünya Ruhu onların sayəsində öz məqsədinə çatdıqdan sonra onun daha
həmin şəxslərə ehtiyacı qalmır. Bu zaman onlar boş buğda qabığı kimi
gərəksiz olurlar.
1
Makiavelli də qeyd edirdi ki, həmin adamların xoşbəxtliyi müəyyən
materialların yalnız onlara məlum olmasındadır. Lakin onların hər biri
yalnız öz bacarığı və istedadı sayəsində həmin təsadüfdən istifadə etməklə
şöhrət və xoşbəxtlik qazana bilir. I.Hötenin fikrincə Napoleon təkcə dahi
tarixi şəxsiyyət, sərkərdə və imperator deyildi. O hər şeydən əvvəl dahi
siyasi xadim idi. Onun şəxsiyyəti başqalarından daha yüksəkdə dururdu.
Insanlar belə hesab edirdilər ki, ona tabe olmaqla öz məqsədlərinə
asanlıqla nail ola bilərlər. Məhz buna görə onlar Napoleonun ardınca
gedirdilər.
Nəzərdə tutulmalıdır ki,
Dostları ilə paylaş: