523
Yuxarıda adı çəkilən hərəkatlar göstərdi ki, kütlə stixiyasının coşduğu və
böyük axına çevrilərək, çoxlu miqdarda insanları əhatə etdiyi hallarda, bu
hərəkatın qeyri-yetkinliyi və qeyri-mükəmməlliyi daha aydın aşkara çıxır.
Kütlə stixiyası nəticə etibarı ilə öz məhdudluğu üzündən məğlubiyyətlə
nəticələnir. Çünki burada stixiyanı aradan qaldırmaq
üçün tələb olunan
aydın zəkanın təşəbbüsü demək olar ki, yoxdur. Narazı kütlənin xaosuna
cəlb olunan insanların hərəkətləri də çox vaxt stixiyalı, qeyri- sahmanlı
xarakter daşıyır. Belə hallarda arzu olunmaz nəticələrin baş verməsi istis-
na olunmur. Insanlar yalnız xalq səviyyəsində olarkən müəyyən təşkilat və
birliklərə arxalanır, qarşısına aydın məqsədlər qoymaqla hərəkət edirlər.
Kütlənin camaatdan çevrilərək xalq halına düşməsi
sivilizasiyalaşma prosesinin ən mühüm nəticələrindən biridir
. Bu
nöqteyi- nəzərdən yanaşdıqda camaat səviyyəsində olan xalqın səciyyəvi
cəhətlərini diqqətlə və dərindən öyrənmək lazımdır. Belə ənənə hələ
F.Bekondan irəli gəlir (camaat və meydanla bağlı qalıqlar (idollar)
məsələsi). Lakin kütlənin (camaatın) xalqa
çevrilməsi mexanizmi çox
mürəkkəbdir. Təəssüf ki, bu proses hələ də tam elmi təhlil edilməmişdir.
Bu prosesin öyrənilməsində marksizmin müəyyən xidməti olmuşdur. Bu-
nu danmaq ədalətsizlik olardı. Lakin hələlik məsələ bu günə qədər də
özünün hərtərəfli elmi həllini tapmamışdır. Xüsusən də 80-cı illərin so-
nunda və 90-cı illərin əvvəllərində keçmiş SSRI məkanında baş verən
əsaslı dəyişikliklər bu problemi tam mənalandırmağı tələb edir. Yalnız
buna əsaslanmaqla biz hazırki sosial-psixoloji vəziyyətimizi düzgün başa
düşə bilərik. Bizim bir xalq kimi tarixi inkişaf yolumuzu düzgün müəyyən
edə bilməyimiz də, bir çox cəhətdən bu məsələnin həllindən asılıdır. Əks
halda belə bir təsəvvür yarana bilər ki,
müasir dövrdə biz bir neçə
demaqoqların və populistlərin ardınca fikirləşmədən hərəkət edən
camaatıq.
Qeyd etmək lazımdır ki, 70 ildən artıq davam etmiş sovet rejimi
onun ərazisində məskunlaşmış camaatın xalqa çevrilməsində çox az iş
görmüşdür. Əksinə, kütləvi kollektivləşmə, zorakılıq və represiyalar
həyata keçirməklə bu prosesin qarşısını almağa çalışmışdır. Bürokratik
rejimin, «kazarma sosializminin» hökmranlığı
əhalinin sosial-psixoloji
vəziyyətinə güclü pozucu təsir göstərmişdir. Nəticədə ikiüzlülük, yalan,
şəxsi təşəbbüsün itirilməsi, bir təhər baş dolandırmaq, yuxarıların göstərişi
ilə hərəkət etmək, daxildə düşmən axtarmaq, başqa insanlara münasibətdə
inamsızlıq və şübhə ilə yanaşmaq kimi mənfi keyfiyyətlər geniş
yayılmışdır. Bütün bunlar isə yuxarıda qeyd olunmuş əlamətlər (süstlük,
dağınıqlıq,qeyri-mütəşəkkillik, və sair) ilə birlikdə xalqın vəziyyətini
səciyyələndirir. Milli müstəqillik əldə edildikdən sonra Azərbaycan
əhalisinin xalq kimi inkişaf etməsi üçün keyfiyyətcə yeni imkanlar açılır.
524
Bu
prosesdə kütlənin, sosial təcrübə əsasında özünütərbiyə yolunu
keçməsi mühüm yer tutur. Bu təcrübənin özü də birmənalı deyildir. Bura-
da müsbət momentlərlə (kütlələrin siyasi mədəniyyətinin və fəallığının
artması, siyasətdə iştirak etməyə artan maraq və sair) yanaşı müəyyən
mənfi hallar da özünü göstərə bilir. Sonunculara misal olaraq kütləvi
surətdə alverə qoşulmaq, yaşamaq naminə himayədarlıq əlaqələrindən
istifadə etmək, yerliçilik və sairi göstərmək olar.
Dostları ilə paylaş: