Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə584/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   580   581   582   583   584   585   586   587   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

mədəni inkişafın sosial 
amillərlə şərtlənməsi düzxətli əlaqə olmayıb, mürəkkəb və çoxtərəfli 
xarakter daşıyır

Mədəniyyətin inkişafında mühüm qanuauyğunluqlardan biri onun 
müxtəlif ünsürlərinin bir- birilə qarşılıqlı təsir və qarşılıqlı əlaqədə 
olmasıdır. Bu qarşılıqlı təsir qısa müddətli və ya uzun müddətli, bilavasitə 
və dolayısı ilə ola bilir. Məsələn, elmi naliyyətlər gec- tez texniki 
tərəqqiyə səbəb olur, o isə öz növbəsində mədəniyyətin digər 
formalarında, məişətdə təzahür edir. Elm və texnikanın özləri də bir- 
birinə təsir edir. Incəsənət də öz növbəsində elmlə qarşılıqlı təsirdədir. 
Belə ki, incəsənət insanların tərbiyə edilməsində mühüm əhəmiyyətə ma-
likdir. Təhsil və tərbiyənin təşkili isə elmin və incəsənətin inkişafına 
müəyyən təsir edir.
Hər bir dövrün mədəniyyəti tarixi inkişafın həmin pilləsində 
yaşayan bütün xalqlar və dövlətlər üçün ümumi olan əlamətlərə malikdir. 
Bununla yanaşı həmin mədəniyyətlər öz formasına və ifadə üsuluna görə 
eyni olmayıb, müəyyən milli fərqlər və xüsusiyyətlər şəklində (dillərin 
müxtəlifliyi, milli məişət, psixiki həyat tərzinin rəngarəngliyi və s.) çıxış 
edir. Lakin mədəniyyətin bu milli xüsusiyyətlərinin özü bir yerdə dayanıb 
durmur, fasiləsiz surətdə inkişaf edir. Odur ki, öz məzmununa görə 
mütərəqqi xarakter daşıyan mədəniyyət nümunələri həm də milli forma-
larda yaranır.
Mədəniyyətin inkişafında digər bir qanunauyğunluq 
burada sabit-
lik və dəyişkənliyin, ənənə və yaradıcılığın (novatorluğun) dialektik 
vəhdətində ifadə olunur
. Onun müxtəlif inkişaf dövrləri arasında dərin 
varislik əlaqələri mövcuddur. Belə ki, hər bir dövrün mədəniyyəti boş 
yerdə yaranmır. Əvvəlki mədəni inkişaf səviyyəsinin dialektik inkarı kimi, 
onun müsbət tərəflərinin mənimsənilməsi nəticəsi kimi çıxış edir. Tarixi 
prosesin inkişafı gedişində mədəniyyətdə ənənə və yaradıcılığın nisbətində 
ikinci tərəfin rolu artır.
Qeyd olunmalıdır ki, mədəniyyətdə ənənə çox vacibdir, onsuz 
mədəniyyət demək olar ki, yoxdur. Lakin mədəniyyətin inkişafı 
prosesində bir tərəfdən mütərəqqi ənənələrə, digər tərəfdən isə mürtəce 
meyllərə rast gəlmək olur. Mədəniyyətin varisliyi birinci tərəf ilə daha sıx 
bağlıdır, amma ikinci tərəf də özünü göstərə bilir. Bəzən mədəni irsə 
münasibətdə yenilik pərdəsi altında keçmiş mədəni irs ilə əlaqələri 
birdəfəlik kəsmək kimi zərərli mövqe təbliğ olunur. Bu cür vəziyyət 
şəxsiyyətə pərəstiş dövründə, xüsusilə XX əsrin 60-cı illərində Çində 
böyük mədəni inqilabın həyata keçirildiyi dövrdə kəskin şəkildə qarşıya 
çıxmışdı. Bütün bunlar sübut edir ki, keçmişin mədəni irsinə münasibət 


534 
çox mühüm məsələdir və inkişafın müəyyən dönüş mərhələlərində ciddi 
siyasi məna alır. 
Hər bir dövrdə xalq mədəniyyəti yaradarkən özündən əvvəlki nəslin 
yaratdığı mədəniyyəti tənqidi surətdə mənimsəyir və yenidən işləyir. Ta-
rixi inkişafda mədəniyyətin varisliyi həm elmi və texniki nailiyyətlər 
sahəsində, həm də incəsənətdə özünü göstərir. Mədəniyyətin inkişafında 
varislik əlaqələrini nəhəng çevrilişlər, belə qıra bilmir.
Bununla birlikdə yeni yaranan 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   580   581   582   583   584   585   586   587   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin