Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


təhlili onun son dərəcə müxtəlif məhəlli, re-



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə587/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   583   584   585   586   587   588   589   590   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

təhlili onun son dərəcə müxtəlif məhəlli, re-
gional milli, etniki xüsusiyyətlərə malik olduğunu nəzərdə tutur
. Va-
hid dünya mədəniyyətinin bu rəngarəngliyi müxtəlif ölkələrin və xalqların 
tarixi- mədəni inkişafındakı qeyri- bərabərlik və fərqlilik ilə, habelə digər 
səbəblərlə izah olunur. 


536 
Hər bir mədəniyyət təkrar olunmaz, əvəzolunmaz cəhətlərə malik-
dir. Müxtəlif mədəniyyətlər arasında fərqlərin mühüm mənbəyi bundadır.
Müasir dövrdə mədəniyyətlərin bir- birinə qarşılıqlı təsiri baş 
verməkdədir. Bu proses mütərəqqi olub, vahid dünya mədəniyyətinin 
inkişafının çox mühüm amilidir. Mədəniyyətlərin qarşılıqlı təsiri prosesi 
xeyli dərəcədə nisbi müstəqil xarakterə malikdir, lakin bütövlükdə ümumi 
ictimai tarixi prosesin tərkib hissəsi kimi, ictimai münasibətlərdən asılıdır. 
Mədəniyyətlərin müxtəlifliyi və rəngarəngliyi daxilində 
hər bir 
lokal və milli mədəniyyətdə həm də bu və ya digər dərəcədə ümumin-
sani, ümumbəşəri məzmun vardır
. Bu mövqedən çıxış edərkən müxtəlif 
mədəniyyətlərin qarşılıqlı təsiri, qarşılıqlı zənginləşməsi, sintezi mümkün 
və zəruri hesab olunur. 
Müasir dövrdə 
mədəniyyətlərin və bütövlükdə ictimai həyatın 
beynəlmiləlləşməsi
istiqamətində təsir göstərən amillər çoxdur. Onlardan 
istehsalı, nəqliyyat və rabitə vasitələrini əsaslı surətdə dəyişdirən elmi- 
texniki tərəqqini, təhsilin inkişafında ümumi meylləri, dünya əhalisinin 
artmaqda olan mütəhərrikliyini, dünya miqyasında əmək bölgüsünü, milli- 
azadlıq hərəkatlarını və sairi göstərmək olar. Əlbəttə beynəlmiləlləşmə 
prosesi çox mürəkkəb və ziddiyyətli xarakter daşıyır. Məsələn 
beynəlmiləlləşmə prosesi güclü mədəniyyətlər tərəfindən zəif 
mədəniyyətləri zorla assimilyasiya etdikdə sonuncular tərəfindən 
müqavimətə rast gəlir. Yaxud da müxtəlif regionlar arasında, xüsusilə də 
qərb və şərq mədəniyyətləri arasında yaxınlaşma ilə yanaşı, onların hər 
birinin öz varlığını və xüsusiyyətlərini qoruyub saxlamaq meyli də özünü 
göstərir. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   583   584   585   586   587   588   589   590   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin