538
insanların qəbilə- tayfa münasibətləri öz təbiiliyi ilə səciyyələnirdi.
Tarix-
in sonrakı inkişafı gedişində cəmiyyətin bu ibtidai mədəniyyət
səviyyəsindən sivilizasiyaya keçidi baş verdi
. Bu keçidi səciyyələndirən
amillər sırasında ictimai əmək bölgüsü, şəhərin kənddən, əqli əməyin fizi-
ki əməkdən ayrılması, siniflərin və dövlətin əmələ gəlməsi, monoqam
ailənin yaranması, yazının və digər mənəvi istehsal formalarının meydana
gəlməsi xüsusi qeyd olunmalıdır. Sivilizasiya yarandıqdan sonra, onunla
mədəniyyət arasında mürəkkəb münasibətlər bərqərar oldu.
Qeyd etmək lazımdır ki, fəlsəfi ədəbiyyatda uzun müddət
ümumdünya- tarixi miqyaslı məsələ kimi sivilizasiyanın öyrənilməsinə
lazımi diqqət yetirilməmişdi. Belə hesab olunurdu ki, ictimi inkişaf
mərhələlərini səciyyələndirmək üçün formasiya anlayışı tam kifayətdir.
Sivilizasiya anlayışı isə məzmun etibarilə qeyri- müəyyən və
çoxmənalıdır. Hətta bəzi hallarda sivilizasiya anlayışı neqativ planda,
cəmiyyətin antihumanist vəziyyəti kimi qiymətləndirilirdi. Lakin həyat
sivilizasiya anlayışının elmi, fəlsəfi mənada işlənilməsinin zəruriliyini
sübut etdi. Bunun nəticəsidir ki, son dövrlərdə bu anlayışa maraq durma-
dan artır. Bu hər şeydən əvvəl, onunla izah edilir ki, müasir elmi- texniki
inqilab dünyanın bütün ölkələrində avtomatlaşdırılmış, informatik texno-
loji istehsal üsulunun formalaşmasına kömək edir. Digər tərəfdən keçmiş
SSRI-nin təcrübəsinin yenidən mənalandırılması və açıq cəmiyyətə keçid
ilə əlaqədar olaraq Qərb və Şərq sivilizasiyaları haqqında əsrlər boyu da-
vam edən mübahisələr yenidən gündəliyə çıxır.
Dostları ilə paylaş: