539
mədəniyyətin özünün varlığını səciyyələndirir
. Sivilizasiya özündə
mədəniyyətin texnoloji səpgisini təcəssüm etdirir. O həm də keyfiyyət
göstəricilərindən daha çox kəmiyyət göstəricilərinə əsaslanır. Istehsalın,
texnikanın, texnologiyanın və insanın özünün inkişaf səviyyəsi
sivilizasiyanın obyektiv əsasını təşkil edir. Bunlarsız sivilizasiya mümkün
deyildir.
Ümumiyyətlə fəlsəfi fikirdə sivilizasiya: a) mədəniyyətin sinonimi
kimi (A.Toynbi və başqaları); b) lokal mədəniyyətlərin inkişafında
tənəzzül və məhv olma mərhələsi kimi (Şpenqler); v) bəşəriyyətin
inkişafında barbarlıqdan sonra gələn mərhələ kimi (L.Morqan, A.Toffler);
q) bu və ya digər regionun və ya ayrıca etnosun inkişaf səviyyəsi kimi
mənalandırılır. Bu dörd mövqe müəyyən münasibətdə bir- birilə əlaqəlidir,
bəzən isə bir- birinə qarşı durur.
Sivilizasiya aşağıdakı səciyyəvi cəhətlərə malikdir; 1) sivilizasiya
bəşəriyyətin sosial təşkili formasıdır. Onun yaranması insanların heyvanat
aləmindən sözün əsl mənasında cəmiyyətə keçidinin başa çatması,
əhalinin qan qohumluğu üzrə deyil, ərazi və etniki prinsip üzrə təşkili,
bioloji qanunların arxa plana keçərək öz yerini sosial qanunlara verməsi
ilə bağlıdır; 2) sivilizasiya ictimai əmək bölgüsü və informasiya- nəqliyyat
infrastrukturunun inkişafı ilə səciyyələnir. Bu o deməkdir ki, artıq
barbarlığın sonuna doğru qəbilə-tayfa quruluşunun əlahiddəliyi (təcrid
olunmuş xarakteri) başa çatdı. Hər bir fərd ilə insanların birlik formaları
arasında hərtərəfli əlaqələr formalaşdı; 3) sivilizasiyanın məqsədi
cəmiyyətin malik oluduğu sərvəti (həm maddi , həm də mənəvi) təkrar
istehsal etmək və çoxaltmaqdır. Beləliklə sivilizasiya cəmiyyətin sırf so-
sial təşkili forması olub, fərdlər ilə ilkin birlik formaları arasında
cəmiyyətin sərvətini təkrar istehsal etmək və artırmaq məqsədi ilə təşkil
olunan ümumi əlaqələri ilə səciyyələnir.
1
Sivilizasiya anlayışı bir də ona görə diqqəti cəlb edir ki, o
cəmiyyətin ictimai quruluşuna, sosial münasibətlərinə bəsit sinfi
münasibət bəslənilməsi hüdudlarından kənara çıxır. Belə ki, burjua
cəmiyyəti sivilizasiyası dedikdə, sosial həyatın bütövlükdə kapitalizmə
xas olan təşkili formalarında inkişaf edən sivilizasiya başa düşülür.
Deməli, bu halda cəmiyyət ümumbəşəri sivilizasiya meyarından
qiymətləndirilir. Yəni onun dünya sivilizasiyasına verdiyi töhfə əsas
götürülür.
Yuxarıda deyilənlər sübut edir ki,
Dostları ilə paylaş: