Müasir cəmiyyətdə siyasi mədəniyyətin inkişafı daha aydın görünür . O cəmiyyət üzvlərinin siyasi səviyyəsinin artmasında, onlar
tərəfindən demokratiyanın öyrənilməsində, başqalarının rəyinə hörmətlə
yanaşılmasında,
yüksək
hüquqi
düşüncə,
vətənpərvərlik
və
beynəlmiləlçilik
şüurunun
möhkəmlənməsində
özünü
göstərir.
Dünyagörüşü mədəniyyəti isə elmi materialist dünyagörüşünün durmadan
genişlənməsində, əhalinin müəyyən hissəsinin şüurundakı köhnəlik
qalıqlarının silinməsində təzahür edir. Əxlaqi mədəniyyətin inkişafı
cəmiyyətin hər bir üzvündə tədricən fəal həyat mövqeyinin
formalaşmasında, ictimai borca şüurlu münasibət bəslənilməsində, öz
ölkəsinin və işlədiyi müəssisənin sahibi hissinin möhkəmlənməsində
özünü göstərir. Estetik mədəniyyətin inkişafı şəxsiyyətin ahəngdarlığının
artmasında, estetik zövqün inkişafında, əməkdə, başqaları ilə ünsüyyətin
«gözəllik qanunları» əsasında aparılmasında təzahür edir.
Cəmiyyətin inkişafı, onun qarşısında duran
sosial- siyasi və digər vəzifələrin müvəffəqiyyətli həlli kütlələrin mədəni səviyyəsindən çox asılıdır . Buna görə mədəniyyətin inkişafı tarixi zərurətə və taləbata çevri-
lir. Indi getdikcə daha çox aydın olur ki, əmək mədəniyyətini
yüksəltmədən istehsalı irəliyə aparmaq, kütlələrin hüquqi səlahiyyətini
artırmadan, siyasi mədəniyyətini, diskussiya etmək mədəniyyətini
yüksəltmədən, demokratiyanı inkişaf etdirmək, ünsiyyət və davranış
mədəniyyətini yüksəltmədən isə sosial sferanı təkmilləşdirmək qeyri-
mümkündür. Əhalinin müxtəlif təbəqələrinin geniş miqyasda kompüter
savadına yiyələnməsi, onların peşə mədəniyyəti və ümummədəni
səviyyəsinin yüksəlişi, sosial vəzifələrin həlli mədəniyyətin inkişafı ilə
dialektik vəhdət təşkil edir.
Ölkədə gedən geniş və çoxtərəfli yaradıcılıq diskusiyalarında
düzgün mövqe tutmaq, demokratiya və yaradıcılıq azadlığı üçün şərait
yaradılması mədəniyyətin inkişafının çox mühüm şərtləridir. Əsaslı
demokratikləşdirmə başqa sahələrdə olduğu kimi mədəniyyətdə də
bürokratizmə qarşı barışmaz mübarizə aparır, yaradıcılıq üçün,
mədəniyyətin inkişafı üçün şəraiti yaxşılaşdırır. Əlbəttə, cəmiyyətimizin
mədəni həyatının inkişafı mürəkkəb və çətin prosesdir.
Mədəniyyətin fəlsəfi