Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə585/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   581   582   583   584   585   586   587   588   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

hər bir mədəniyyət köhnə 
mədəniyyətin, vaxtını keçirmiş ideoloji ünsürləri, məişətdə və insanlar 
arasındakı münasibətlərdə təzahür edən mürtəce ənənələr, elm və 
incəsənətdə köhnəlmiş təsəvvürlərlə, köhnəlik qalıqları ilə əlaqəni qəti 
surətdə kəsir

Digər canlılardan fərqli olaraq insanlar öz fəaliyyətində bioloji 
deyil, sosial mexanizmlərə əsaslanırlar. Onlar öz fəaliyyətində yaratdıqları 
əmək alətlərindən istifadə edirlər. Bu alətlərin hazırlanması və istifadə 
olunması təcrübəsi və vərdişləri isə bir nəslin fəaliyyəti ilə başa çatmır, 
onlar müəyyən mexanizmlər vasitəsilə nəsildən nəslə ötürülür. Bu mənada 
mədəniyyət müxtəlif dövrlərdə yaşayan nəsillərin fəaliyyətləri arasında 
əlaqələri təmin edir. 
Mədəniyyətin bioloji amillərdən yüksəkdə durması və sosial xa-
rakter daşıması onun çox mühüm xüsusiyyətidir
. Lakin mədəniyyətin 
texnoloji rolunun şişirdilməsi doğru deyildir, çünki bu halda fəlsəfə üçün 
daha çox əhəmiyyət kəsb edən subyektiv- şəxsi səpgi gölgədə qalır. 
Qeyd olunmalıdır ki, mədəniyyətdə novatorluq da öz təbiətinə görə 
mürəkkəb xarakterə malikdir. Bu mənada göstərilməlidir ki, hər cür nova-
torluq mədəniyyətə yaradıcı münasibət bəsləmək, onu inkişaf etdirmək 
demək deyildir. Mədəniyyətdə edilən yeniliklər yalnız ümumi əhəmiyyət 
kəsb etdikdə, ictimaiyyət tərəfindən qəbul edildikdə, mədəni dəyərləri 
inkişaf etdirir. Buna görə də mədəni prosesə əlavə olunan hər cür yeniliyi 
mütərəqqi hesab etmək doğru deyildir. 
Yuxarıda deyilənlər sübut edir ki, mədəniyyətin inkişafı spesifik 
qanunauyğunluqlara malik mürəkkəb və ziddiyyətli prosesdir. 
Müasir dövrdə mədəniyyətin inkişafı aşağıdakı cəhətlərlə 
səciyyələnir
. Açıq cəmiyyətin formalaşması prosesində mədəni tərəqqi 
sürətlənir; bu, inkişaf etmiş şəxsiyyətin formalaşması üçün lazım olan 
mədəni şəraitin yaradılmasını intensivləşdirir; milli mədəniyyətlərin 
yaxınlaşması əsasında mənəvi mədəniyyətin bütün tərəflərinin 
beynəlmiləlləşməsi və inteqrasiyası özünü göstərir; mənəvi həyatda 
aparılan islahatlar prosesində insanlar arasında qarşılıqlı münasibətlərin 
mədəni səviyyəsi artır, əxlaqi və estetik mədəniyyətin yüksəlməsinə, əsil 
yaradıcılığa meydan açılır.


535 
Mənəvi mədəniyyətin inkişafı onun bütün tərəflərində (siyasi 
mədəniyyət, dünyagörüşü mədəniyyəti, əxlaqi mədəniyyət, estetik 
mədəniyyət, elm, təhsil və maarif sahəsində və sairədə) ifadə olunur. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   581   582   583   584   585   586   587   588   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin