530
təriflər mədəniyyəti ideyalar axını kimi ifadə edir; 7)
semiotik yanaşma
mədəniyyəti işarələr sistemlərinin məcmusu hesab edir.
1
Aşağıdakı tərif nisbətən geniş yayılmışdır. Onu qəbul etmək olar.
Mədəniyyət insanların dünyanı mənimsəyə yönəlmiş yaradıcı
fəaliyyətidir, bu prosesdə maddi və mənəvi dəyərlər yaradılır və isteh-
lak olunur, insanın mədəni fəaliyyət subyekti kimi formalaşması baş
verir.
Mədəniyyət cəmiyyətdə çox
mühüm funksiyalar yerinə yetirir.
Onlardan aşağıdakılar xüsusi qeyd olunmalıdır: 1) yaradıcı funksiya, bu o
deməkdir ki, mədəniyyət insanların yaradıcı fəaliyyəti prosesində aşkara
çıxır. Onların təbiət üzərində hökmranlığının və öz aralarındakı
münasibətlərin göstəricisidir; 2) ünsiyyət funksiyası, onu göstərir ki,
müəyyən ümumi əhəmiyyətli
ünsiyyət vasitələri, təcrübəni və bilikləri
ötürən vasitələr olmasaydı, insanların vahid cəmiyyətdə yaşamaları qeyri-
mümkün olardı; 3) idraki- evristik funksiya bunda təzahür edir ki,
mədəniyyət dünyanın ümumi mənzərəsini verməklə məhdudlaşmır, o həm
də idrakın daha yaxşı və effektiv formalarını axtarıb tapmağa kömək edir;
4) nəhayət mədəniyyət qiymətverici funksiya yerinə yetirir. Yə
'
ni onun
köməyilə dünyanın dərki estetik, siyasi və əxlaqi normalarla əlaqəli
şəkildə götürülür.
Beləliklə, mədəniyyət ictimai varlıq olan
insan fəaliyyətinin sub-
yektiv- şəxsi tərəfinin inkişafında, cəmiyyətin sosial təşkilinin üsulları və
normalarının yerinə yetirilməsində xüsusi əhəmiyyət kəsb edir. O həm də
bütövlükdə həyat fəaliyyəti proseslərinin tənzim olunmasında,
bəşəriyyətin malik olduğu təcrübə və biliklərin, insan fəaliyyətinin digər
maddiləşmiş nəticələrinin yayılmasında böyük rol oynayır. Göstərilməlidir
ki, bədii, elmi, texniki, sosial yaradıcılıq tarixi prosesə güclü təsir
göstərən, onu zənginləşdirən amillər kimi çıxış edir. Bu müddəa
mədəniyyətə və insan fəaliyyətinin digər maddiləşmiş nəticələrinə, habelə
hələ sosial gerçəklikdə öz
praktiki təcəssümünü tapmayan, gələcəkdə
həllinin gözləyən yeni ideyalara aiddir. Məsələn, atom enerjisinin kəşfi,
onun elmi əsaslandırılmasından bir neçə on il keçdikdən sonra, yəni prak-
tiki istifadə olunan atom bombası yaradıldıqdan sonra ictimai həyata öz
böyük təsirini göstərmişdir. Bu təsir indiki şəraitdə daha güclü hiss olunur,
çünki nüvə fəlakəti bəşəriyyətin bu günü və gələcəyini təhlükə altına alır.
Son illərin təcrübəsi sübut edir ki, atom enerjisindən dinc məqsədlər üçün
istifadə olunması, təkcə elmi- texniki məsələ olmayıb həm də mühüm so-
sial məsələdir. Bunu atom elektrik stansiyalarının fəaliyyəti, onların ətraf
mühitə
güclü pozucu tə
'
siri də sübut edir. Deməli, hər bir dövrdə elmi-
1
Bax: Философия. Минск, 1999, с.297.
531
texniki fikirlər kəşflərə çevrilərək reallaşır, sosial həyata, cəmiyyətdə
gedən iqtisadi,
siyasi və mə
'
nəvi proseslərə qüdrətli tə
'
sir göstərir. Eyni
fikri digər elmi- texniki nailiyyətlər (elektronika və informatika,
kompüterləşdirmə, biotexnologiyanın tətbiqinin genişləndirilməsi və s.)
haqqında da söyləmək olar. Insan dühasının yaratdığı bu nailiyyətlər prak-
tikada istifadə olunduqca nəinki təkcə iqtisadiyyatın inkişafına güclü tə
'
sir
göstərir, istehsalın texnologiyasını əsaslı surətdə yeniləşdirir. Onlar həm
də insan fəaliyyətinin qüdrətli vasitələri kimi sosial mə
'
na alır və mədəni
inkişafa xidmət edir.
Mədəniyyətin, elmi- texniki nailiyyətlərin sosial funksiyalarından
danışarkən qeyd olunmalıdır ki, insanın yaradıcılığının bütün məhsulları
heç də həmişə obyektiv tarixi prosesə daxil olmur,
onun inkişaf
momentinə çevrilmir. Bu, obyektiv və subyektiv xarakterli bir çox
səbəblərdən asılıdır. Tarixdə bir çox hallar olmuşdur ki, bu və ya digər
ölkədə irəli sürülmüş ideya və kəşflər həmin ölkənin geriliyi və şəraiti
üzündən
burada deyil, digər ölkələrdə reallaşmışdır. Deməli,
Dostları ilə paylaş: