Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Görkəmli şəxsiyyətlər öz ağlı, biliyi və təcrübəsi sayəsində hətta



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə579/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   575   576   577   578   579   580   581   582   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Görkəmli şəxsiyyətlər öz ağlı, biliyi və təcrübəsi sayəsində hətta 
müəyyən qisim hadisələri və onların nəticələrini dəyişdirə bilir
. Lakin 
onlar da hadisələrin ümumi axarını başqa istiqamətə yönəltməyə qadir 
deyillər. Heç bir şəxsiyyət tarixin təkərini geriyə dəyişə bilməz. 
Görkəmli şəxsiyyətlər dedikdə təkcə dövlət xadimləri nəzərdə tu-
tulmur. Buraya həm də elmdə, incəsənətdə ədəbiyyat da və sair sahələrdə 
böyük nümunələr yaradan insanlər daxildir. N.Gəncəvi, Kopernik, Füzuli, 
Nyuton, Eynşteyn, S.Vurğun və başqaları bu qəbildəndir. Onlar tarixi 
inkişaf prosesinə mühüm töhfə verilmiş, dünya mədəniyyətinin 
tərəqqisində dərin iz buraxmışlar. 
Insan şəxsiyyətinin böyüklüyü onun gördüyü işin miqyası ilə 
ölçülür
. Böyüklük həm insanın anadangəlmə təbii imkanları, həm də onun 
şəxsi keyfiyyətləri və tarixi şərait ilə müəyyən olunur. Xüsusən də mənəvi 
1
Гегель Г. Политические произведения М., 1978 с. 154. 


528 
yaradıcılıq sahələrində şəxsi keyfiyyətlər, istedad və dahilik daha böyük 
rol oynayır. Dahi o adama deyilir ki, böyük ideyaları, qüdrətli ağlı, aydın 
təffəkürü, möhkəm iradəsi, öz məqsədindən dönməzlik kimi şəxsi 
keyfiyyətləri vardır. O cəmiyyəti yeni kəşflər, ixtiralar, yeni elmi və bədii 
istiqamətlər, məktəblər yaratmaqla zənginləşdirir. Volter belə adamların 
böyük rol oynadığını göstərərək yazırdı ki, dövləti pulun azlığı deyil, 
insanların və onların qabiliyyətlərinin çatışmamazlığı zəiflədir. Dahilik 
keyfiyyəti müvafiq sahədə olan nailiyyətlərə arxalanmaqla prinsipial 
yeniliklər yaratmağı nəzərdə tutur. Insan nə qədər çox istedadlı və nə 
qədər çox dahidirsə, onun əməyi bir qədər gərgin və yaradıcılığı da, bir o 
qədər çox olur. Kifayət qədər enerjiyə malik olmaq və işləmək qabiliyyəti 
dahiliyin ayrılmaz tərəfləridir. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   575   576   577   578   579   580   581   582   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin