543
cavab reaksiyası hesab edirdilər. Onların fikrincə müasir dünyanı təsvir
etmək üçün yalnız sivilizasiya anlayışı işlənilə bilər. Çünki müasir dünya-
da onların qarşılıqlı təsiri sabit və aparıcı meyli təşkil edir. Bu cür
yanaşanlardan biri D.Uilkins sivilizasiyanın mədəniyyətin yekcinsliyi ilə
səciyyələnən sosium kimi anlaşılmasını rədd edir. O göstərir ki, mədəni
homogenlik (yekcinslik) sivilizasiyanın əlaməti deyildir, çünki sonuncu
müxtəlif növlərə malik ola bilir. Uilkins əlaqəlilik və münaqişəlilik prinsi-
pini tətbiq etməklə sivilizasiya anlayışını ümumi məkan və zaman
göstəricilərinə malik olan və şəhər mərkəzləri ətrafında cəmlənən sosial
təsisatların sinonimi kimi götürür. Belə təsisat eyni zamanda əməkdaşlıq
və münaqişəlilik münasibətlərinə əsaslanır.
Nəhayət sivilizasiyaya
etnopsixoloji mövqedən yanaşma
da
mövcuddur. Məsələn L.Qumilyov sivilizasiya anlayışını etniki tarixin
xüsusiyyətləri ilə əlaqələndirir. Bu halda ayrı- ayrı xalqların mədəniyyəti
və psixologiyasının özünəməxsusluğu sivilizasiyanın meyarı kimi
götürülür.
Deyilənlər sübut edir ki, sivilizasiya insan fəaliyyətinin elə bir
səpkisini ifadə edir ki, həmin səpki sosial orqanizmin özünütəşkiletmə və
özünütənzimetmə funksiyalarını təmin edir. Həmin funksiyalar isə sosial
subyektlər arasındakı qarşılıqlı münasibətlərin normaları əsasında həyata
keçirilir.
Sivilizasiyanı dərindən öyrənmək Qərb və Şərq mədəniyyətlərinin
yaxınlaşmasını anlamağa kömək edir. Çünki bu yaxınlaşma artıq real pro-
sesdir, dünya miqyasında gedir. Belə ki, hazırda yüz minlərlə adamların
regionlararası miqrasiyası baş verir. Bununla əlaqədar onların yeni
dəyərlər sistemini mənimsəmələri zəruri olur. Sivilizasiyanı mədəniyyətin
mənimsənilməsi üsulu kimi ifadə edən vasitələr və metodlar həm də
mədəniyyətin özünün inkişafında mühüm rol oynayır.
Dostları ilə paylaş: