547
nöqtəsidir. Yəni bu faktın özü sübut edir ki, insanın fərdiyyəti (fərdiliyi)
vardır. Lakin nəzərdə tutulmalıdır ki, ayrıca bir insanın (fərdin)
mövcudluğu hələ onun fərdiliyinin keyfiyyət müəyyənliyini ifadə etmir.
Deməli fərdilik insanlar arasındakı fərqlərə müncər olunmur; o şəxslərin
təkrarolunmazlığı ilə də bitmir. Qeyd olunan əlamətlər fərdiliyin yalnız bir
tərəfini (əlbəttə mühüm tərəfini) ifadə edir. Fərdin təkrarolunmazlığı ilə
fərdiyyətin üst- üstə düşməməsinin başlıca səbəbi aşağıdakından ibarətdir:
fərdiyyəti, fərdiliyi müəyyən edərkən biz tək bir əlamətdən çıxış etməklə
məhdudlaşmırıq. Bu halda insanın bütöv səciyyəsi verilir.
Başqa sözlə
deyilsə, fərdiyyət anlayışının məzmunu ayrıca bir insanın (fərdin) vahid,
çoxsəviyyəli strukturunu aşkar edir, onun haqqında bütöv təsəvvür
yaradır.
Dostları ilə paylaş: