Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Fərdilik insanın cəmiyyətdə mövcudluğunun elə bir xüsusi formasıdır



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə599/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   595   596   597   598   599   600   601   602   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Fərdilik insanın cəmiyyətdə mövcudluğunun elə bir xüsusi formasıdır 
ki, onun sayəsində fərd sosial xarakter daşımasına baxmayaraq 
cəmiyyətdə əriyib itmir, özünün xüsusi həyatını və müəyyən 
müstəqilliyini qoruyub saxlaya bilir

Beləliklə fərdilik anlayışı insanı təkrarolunmaz və ümumi, təbii və 
sosial xassələrin bütöv vəhdətini ifadə edən mövcudat kimi götürür. Insa-
na fərdi varlığın ən dərin və özünəməxsus cəhətlərini əks etdirən konkret 
fərd halında yanaşır.
Müasir cəmiyyətdə baş verən dərin proseslər insan fərdiyyətinə 
xüsusi diqqət yetirməyi tələb edir. Belə ki, indi cəmiyyətin hər bir üzvü 
buradakı müxtəlif proseslər, əlaqələr və münasibətlər axınına cəlb olunur. 
Bunun nəticəsində onun həyat fəaliyyəti və davranışına yeni- yeni tələblər, 
etalonlar, standartlar verilir. Bütün bunlar isə insanların öz fərdi 
keyfiyyətlərini itirərək, kütləviləşməsi, başqalarından heç cür seçilməməsi 
təhlükəsini yaradır. Belə şəraitdə insanın öz fərdiliyini qoruyub saxlaya 
bilməsi və inkişaf etdirilməsinə şərait yaradılması çox çətin, eyni zamanda 
zəruri vəzifəyə çevrilir. Onu yerinə yetirmək ictimai həyatın müxtəlif sfera 


549 
və tərəflərində insanların fərdi töhfəsinin artırılması, eyni zamanda fərdi 
məsuliyyətinin gücləndirilməsi baxımından da vacibdir. 
2. Şəxsiyyət və onun tipologiyası 
Fərd və fərdiyyət anlayışlarından fərqli olaraq 
şəxsiyyət insanın 
sosial keyfiyyətləri ilə daha çox bağlıdır
. Bu anlayış əsas diqqəti 
insanları bir- birindən ayıran özünəməxsus tərəflərə deyil, onları 
birləşdirən ümumi cəhətlərə yetirir. Qeyd olunan səpki çox mühüm 
əhəmiyyətə malikdir. Belə ki, bunsuz insanın ictimai fəaliyyətə və ictimai 
münasibətlər növlərinə cəlb olunmasının səviyyəsi və xarakterini düzgün 
müəyyən etmək qeyri- mümkündür. 
Bəzən fəlsəfi ədəbiyyatda şəxsiyyət anlayışı normativ mənada 
işlənilir. Yəni yalnız müəyyən tələbləri ödəyən insan şəxsiyyət hesab olu-
nur. Bu cür yanaşmanı doğru hesab etmək olmaz. Çünki həmin mövqedən 
çıxış etdikdə şəxsiyyətin müəyyənləşdirilməsi subyektiv amillərə 
əsaslanır. Belə olduqda istənilən adamı asanlıqla şəxsiyyətlər sırasına dax-
il etmək, habelə ondan kənarlaşdırmaq mümkündür. 
Şəxsiyyət anlayışı çoxtərəfli məzmuna malikdir. Buna görə də onu 
müəyyən edərkən insanın həyat fəaliyyəti bütöv bir tam kimi təhlil 
edilməlidir. Şəxsiyyətin müxtəlif səpkiləri təbiət, psixologiya və ictimai 
elmlər tərəfindən öyrənilir. Lakin xüsusi elmlər şəxsiyyəti öz predmetləri 
baxımından nəzərdən keçirirlər. Yalnız fəlsəfə ona bütöv, çoxsəviyyəli və 
çoxkeyfiyyətli mövcudat kimi yanaşır. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   595   596   597   598   599   600   601   602   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin