Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Fərdiyyət (fərdilik) bioloji, psixiki və sosial səbəblərlə şərtlənir



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə598/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   594   595   596   597   598   599   600   601   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Fərdiyyət (fərdilik) bioloji, psixiki və sosial səbəblərlə şərtlənir

Bu çoxtərəfliliyi üzündən onu müxtəlif elmlər (biologiya, psixologiya, 
sosial elmlər) öyrənir. Buradan aydın olur ki, fərdiyyət anlayışını aydın 
təsəvvür etmək üçün insanı bütöv bir tam kimi nəzərdən keçirmək lazım 
gəlir. Elə fərdiyyət anlayışının özü də rəngarəngliyin vəhdətini ifadə edir. 
Insan onu təşkil edən daxili qarşılıqlı əlaqəli xassələrin vəhdəti deməkdir. 
Insanın fərdiliyi (fərdiyyəti) öz xarakterinə görə müəyyən mənada 
nisbi qapalı sistemi xatırladır. Bu o deməkdir ki, fərdiyyət bir tərəfdən 
ətraf mühitin təsirini dəf edə bilir. Bu keyfiyyəti sayəsində o öz stabilliyini 
qoruyub saxlayır. Digər tərəfdən fərdiyyət (fərdilik) ətraf aləmin ayrılmaz 
tərkib hissəsidir. Buna görə o özünün bütün əlahiddəliyinə baxmayaraq, 
ətraf mühit ilə daim qarşılıqlı təsirdədir. Məhz bu qarşılıqlı təsir onun 
mövcudluğu və inkişafını şərtləndirir. 
Beləliklə fərdiyyət bütöv bir sistem olmaqla aşağıdakı üç tərəfi 
əhatə edir: 1) bioloji növün və cəmiyyətin nümayəndəsi kimi götürülən 
ayrıca bir fərdə xas olan ümumi əlamətlər; 2) ictimai münasibətlərin 
iştirakçısı olan insana məxsus xüsusi əlamətlər; 3) onun bioloji təşkilinin 
və sosial əhatəsinin özünəməxsusluğu ilə əlaqəli olan fərdi əlamətlər.
1
Lakin fərdiyyət bu üç qrup əlamətlərin mexaniki məcmusu demək 
deyildir. O həmin tərəflərin daxili əlaqələrinin və qarşılıqlı təsirinin 
yaratdığı vahid inteqral bütövlükdür.
Insanın fəaliyyəti varlığın müxtəlif formalarına münasibətdə 
birmənalı deyildir. Başqa sözlə o həm predmet formasında (predmet 
dünyasına münasibətdə), həm bioloji formada (üzvi- aləmə münasibətdə) 
və həm də sosial formada (cəmiyyətə münasibətdə) təzahür edir. Buna 
görə də fərdiyyətin ən ümumi əlamətləri aşağıdakılardır: əlahiddəlik, 
1
Bax: Основы философии. E.Popovun redaktəsi ilə. M.,1997, s.200. 


548 
bütövlük, özgünlük, təkrarolunmazlıq və fəallıq. Onlar bu və ya digər 
dərəcədə yuxarıda göstərilən hər üç formada mövcud olur. 
Bütöv bir sistem kimi götürülən fərdiliyin əsas xassəsi ayrıca və 
təkrarolunmazlıq deyildir. Onun başlıca sistemyaradıcı əlamətini konkret 
fərdin özgünlüyü, onun özünə hakim olmaq qabiliyyəti, təbii, sosial və 
mədəni münasibətlər çərçivəsində müstəqil mövcudat kimi çıxış etməsidir. 
Bəllidir ki, bütün insanlar cəmiyyətdə mövcuddurlar. Lakin onların 
hər biri özünün fərdi həyatını yaşayır. Yəni başqaları ilə münasibətdə 
müəyyən nisbi müstəqilliyə malikdir. Bu ona özünü fəal və yaradıcı 
surətdə təzahür etdirməyə imkan verir. Fərdin bu nisbi müstəqilliyi bir 
tərəfdən onun təkrarolunmazlığı ilə əlaqəlidirsə, digər tərəfdən onu insan 
nəsli ilə bağlayan ümumi xassələr ilə şərtlənir. Hər bir fərdiyyətin nisbi 
müstəqilliyi onun cəmiyyətdə oynadığı rolu sayəsində mümkün olur. 
Fərdiyyəti ətraf aləmdən tam asılı olmamaq kimi təsəvvür etmək doğru 
deyildir. Əslində fərdiyyətin mahiyyəti ayrıca bir insanın (fərdin) 
cəmiyyət ilə daimi qarşılıqlı münasibətlərinə əsaslanan özgünlüyü 
deməkdir. 
Fərdiyyətin bu anlamı onu biolijiləşdirən baxışı aradan qaldırmağa 
imkan verir. Həmin baxış iddia edir ki, fərdiliyi insana təbiət verir, 
cəmiyyətdə isə o yalnız sosiallaşır. O həm də fərdiyyəti təkcə şüur sferası, 
psixoloji xüsusiyyətlər ilə məhdudlaşdıran psixologizmə qarşı 
çevrilmişdir. Fərdiyyətin həqiqi elmi anlamı onu təbii və sosial xassələrin 
vəhdətini ifadə edən konkret insanın xüsusi keyfiyyəti kimi götürür. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   594   595   596   597   598   599   600   601   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin