Müasir dövrdə Qərb və Şərq sivilizasiyaları bir- birilə sıx
qarşılıqlı təsirdədir
. Onların hərtərəfli dialoqunun təmin edilməsi
zamanın tələbidir. Bəşər sivilizasiyasının gələcək taleyinin Qərb və Şərq
mədəniyyətlərinin dialoqundan asılı olduğu ideyası durmadan
genişlənməkdədir. Bu münasibətdə Avroasiya materikinin 30-dan çox
ölkəsinin elmi, mədəni və ictimai fəaliyyətini əhatə edən Böyük Ipək Yo-
lunun bərpası istiqamətində atılan addımlar xüsusi əhəmiyyət kəsb edir.
Qeyd olunmalıdır ki, Şərq və Qərb sivilizasiyalarının əlaqəliliyi və
vəhdətinin zəruriliyi ideyası birmənalı qəbul olunmur. Müasir dövrdə ona
qarşı çıxanlar (A.Rodriges, S.Hantinqton və başqaları) da vardır. Onlar bu
sivilizasiyalar arasındakı tarix, dil, mədəniyyət, ənənə və dinlə bağlı
fərqləri şişirdirlər. Buna əsaslanaraq sivilizasiyalar arası dialoqun guya
böyük ziddiyyətlər və münaqişələr yaradacağını söyləyirlər. Əslində məhz
bu iki sivilizasiya tipinin bir birilə hərtərəfli yaxınlaşması, dünyada vahid
etnomədəni mühitin yaranmasına, bəşəriyyətin qarşısında duran qlobal
problemlərin ümumplanetar mövqedən çıxış etməklə həllinə şərait yaradır.
Müasir dünyada gedən geosiyasi və etnomədəni proseslər
qarşılıqlı anlaşma və faydalılıq əsasında vahid məkan yaradılmasını
zəruri edir
. Bu tələbat Şərq ilə Qərb arasında irqi, dini və sair fərqləri
arxa plana keçirir, sivilizasiyalararası dialoqu möhkəmləndirir. Əlbəttə bu
regionlar arasında elmi mədəni əlaqələr təzə yaranmamışdır. Onların
əoxəsrlik tarixi kökləri vardır. Hələ qədim dövrdə, xüsusən də orta
əsrlərdə Şərq- Qərb mənəvi-genetik əlaqələri (yəhudi- xristian monoteiz-
mi, antik fəlsəfə ilə ərəbdilli fəlsəfə və sair) özünü göstərmişdir. Sonralar
Şərq- Qərb regionlarının mədəniyyətlərinin təmas nöqtələri durmadan
artmışdır.
Müasir Azərbaycanın geopolitik vəziyyəti elədir ki, o Qərb və Şərq
sivilizasiyalarının qovuşuğunda yerləşir. Bu fakt ölkəmizdə hər iki sivili-
545
zasiyaya xas olan müsbət cəhətləri götürərək, onlardan faydalanmaq
imkanı verir.
|