Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə604/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   600   601   602   603   604   605   606   607   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Ikinci səviyyədə 
şəxsiyyət artıq sözün həqiqi mənasında 
özünü subyekt kimi təsəvvür edir. O öz hərəkətlərinin məqsəd və 
motivlərini şüurlu surətdə müəyyənləşdirir, onların törədə biləcəyi 
nəticələri irəlicədən görə bilir. Bu səviyyədə o özündə kortəbii qərarlaşan 
xassələri dəyişdirir. Malik olduğu imkanları sosial vəzifələr və tələblər ilə 
uyğunlaşdırır. 
Üçüncü səviyyədə
 
artıq şəxsiyyət öz həyat yolunun həqiqi 
subyekti rolunu oynayır. O bu həyatı yaşadığı tarixi dövrün miqyasları və 
vəzifələri ilə ölçür. Burada şəxsiyyətin fərdiliyi və təkrarolunmazlığı kimi 
keyfiyyətlər ictimai- tarixi mənada ön plana keçir. 
Şəxsiyyətin davranışı və hərəkətləri iradə azadlığı və determinasiya 
problemləri ilə sıx bağlıdır. Bununla əlaqədar göstərilməlidir ki, 
şəxsiyyətin bütün davranışları müəyyən amillərlə şərtlənir. Lakin 
şəxsiyyət subyekt kimi çıxış edir. Bu o deməkdir ki, o öz hərəkətləri ilə 
yeni determinasiya sistemi yaradır. Buna görə də 
şəxsiyyətin inkişaf və 
fəallıq dərəcəsi nə qədər yüksəkdirsə o, bir o qədər çox azadlığa malik 
olur
. Bununla yanaşı qeyd olunmalıdır ki, şəxsiyyətin inkişaf dərəcəsi 
təkcə onun azadlıq səviyyəsi ilə deyil, həm də həyat fəaliyyətini 
cəmiyyətin qarşısında duran vəzifələrə necə uyğunlaşdırması ilə ölçülür. 
Qeyd edək ki, azadlıq və zərurət anlayışları bir- birilə ayrılmaz 
əlaqədə çıxış edir. Fəlsəfi fikir tarixində bu iki anlayışın qarşılıqlı 
münasibətini açmaq cəhdləri çox olmuşdur. Bu təsadüfi deyildir: azadlıq 
və zərurət, onların nisbətinin müəyyənləşdirilməsi insanların gündəlik 
fəaliyyət və davranışı üçün böyük əhəmiyyətə malikdir. Odur ki, müxtəlif 
dövrlərdə yaşamış filosoflar bu məsələni həll etməyə çalışmışlar. Lakin 
onlar ya azadlıq və zərurəti bir- birinə qarşı qoymuş, ya da onlardan hər 
hansı birini mütləqləşdirərək, digərini lazımi qiymətləndirməmişlər. 
Bu anlayışların nisbətini düzgün müəyyənləşdirmək şəxsiyyət 
azadlığı, şəxsiyyətin öz hərəkətləri üçün əxlaqi və hüquqi məs„uliyyəti 
kimi məsələləri ayırd etmək üçün çox vacibdir. 
Bəzən şəxsiyyət azadlığı konkret məzmundan ayrılıqda götürülür, 
ruhun öz- özünü müəyyən etməsi, iradə azadlığı, xarici mühit və şəraitdən 
asılı olmayaraq fəaliyyət göstərmək imkanı kimi göstərilir. Bu nöqteyi- 
nəzərə görə azadlıq şəxsiyyətin cəmiyyətdən asılı olmaması, mütləq 
mə„nada müstəqil olması deməkdir. Əslində 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   600   601   602   603   604   605   606   607   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin