Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


xalq tarixi taleyin ümumiliyi ilə səciyyələnən, bu ümumiliyi



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə570/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   566   567   568   569   570   571   572   573   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

xalq tarixi taleyin ümumiliyi ilə səciyyələnən, bu ümumiliyi 
tarixi yaddaşında, vahid inamında və ideyasında yaşadan, ümumi tarixi 
perspektivə malik olan sosial- etnik birlik formasıdır.
Tarixdə xalq kütlələrinin rolunu izah edərkən ona konkret tarixi 
planda yanaşmaq tələb olunur. Bu rol bütün tarixi dövrlərdə eyni 
olmamışdır. Hər bir tarixi mərhələdə onun xarakterinə uyğun şəkildə çıxış 
etmişdir. 
Xalqın həlledici rolu hər şeydən əvvəl bunda özünü göstərir ki, 
o maddi nemətlərin başlıca yaradıcısıdır
. Bəşəriyyət yarandığı gündən 
indiyə qədər bu funksiyanı yerinə yetirmək məhz xalqın öhdəsinə düşür. 
Xalqın bu sahədəki yaradıcı fəaliyyəti mövcud ictimai münasibətlər 
sistemindən asılıdır. Xalqın fəaliyyətinə onun təsiri başlıca olaraq əmək 
vasitəsilə olur. Bəşəriyyət bu gün əldə etmiş olduğu misilsiz nailiyyətlərə 
görə birinci növbədə xalqın yaradıcı əməyinə borcludur. Xalq müxtəlif 
əmək alətlərinin yaradıçısı və təkmilləşdiricisidir. O özünün malik olduğu 
qabiliyyət və vərdişləri nəsildən- nəslə ötürür. Xalq daim əmək prosesini 
təkmilləşdirir, onun səmərəliliyini yüksəltməyə cəhd göstərir. Tarix sübut 
edir ki, bu istiqamətdə həyata keçirilən ilk nəzərdə o qədər diqqəti cəlb 
etməyən dəyişikliklər tədricən toplanaraq iqtisadiyyatda və bütövlükdə 
ictimai quruluşda əsaslı çevrilişlərə gətirib çıxarır. Lakin əmək məcburi və 
özgələşmiş xarakter daşıdıqda xalqın fəaliyyətinə, onun miqyas və 
nəticələrinə mənfi təsir edir.
Xalq həm də 
ictimai- siyasi sferada
həlledici rol oynayır
. Bunu 
hər şeydən əvvəl onda görmək olar ki, bütün tarixi dövrlərdə hakim 
dairələr, onların yeritdiyi siyasətə xalqın münasibətini nəzərə almağa 
məcbur olmuşlar. Bunun nəticəsidir ki, onlar zaman-zaman xalqın təzyiqi 
altında onlara müəyyən güzəştlərə getmişlər. Bu mənada tarixdə 
qazanılmış olan hər bir demokratik azadlıq bir çox cəhətdən xalq 
kütlələrinin mübarizəsinin nəticəsi hesab edilməlidir. 
Xalqın həlledici rolu xüsusən də sosial çevrilişlər baş verdiyi 
məqamlarda daha aydın görünür. Həm də nəzərdə tutulmalıdır ki, xalqın 
bu güclü təsiri həmişə müsbət planda baş vermir. Burada bə'zən mənfi 
istiqamətli tə'sir də özünü göstərə bilir 


518 
Xalqın fəal müdaxiləsi olmadan cəmiyyətdə az-çox əsaslı 
yeniləşmə qeyri-mümkündür. Digər tərəfdən həmin yeniləşmə və 
dəyişikliklərin dəyəri və sürəti bir çox cəhətdən kütlələrin mədəniyyət 
səviyyəsi və siyasi fəallığı ilə müəyyən olunur. 
Tarixdə heç elə əhəmiyyətli sosial-siyasi hadisə yoxdur ki, o 
zəhmətkeşlərin iştirakı olmadan baş versin. Xalqın rəyi çox güclü tə'sir 
qüvvəsinə malikdir. Xalqın öz hüquq və azadlığı uğrunda apardığı 
mübarizə bəşəriyyətin siyasi tarixinin əsas məzmununu təşkil edir. Bütün 
sosial inqilabların başlıca hərəkətverici qüvvəsi xalqdır. 
Millətin həyatı və azadlığı məsələlərini də xalq həll edir. Məhz o, 
lazım gəldikdə əlində silah vətənin müdafiəsinə qalxır. Azərbaycan tarixi 
buna dair çoxlu nümunələr verir. Əslində müxtəlif mərhələlərdə yadelli 
işğalçılara qarşı mübarizəni xalq təşkil etmişdir. 
Tarix sübut edir ki, xalq çoxluq təşkil etməsinə baxmayaraq bə'zən 
yanıla və aldanıla bilir. Məsələn dünyaya çox böyük elm və incəsənət 
korifeyləri vermiş alman xalqı Hitlerin demaqogiyasının tə'siri altına 
düşərək, onun işğalçı hərəkətlərinə müəyyən qədər haqq qazandırmışdı. 
Lakin nəzərdə tutulmalıdır ki, xalqı yalnız müvəqqəti, müəyyən dövr 
ərzində aldatmaq mümkündür. Gec-tez xalq öz aldanıldığını başa düşür və 
bu vəziyyətdən çıxır. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   566   567   568   569   570   571   572   573   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin