Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə568/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   564   565   566   567   568   569   570   571   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

xalq anlayışının 
müəyyənləşdirilməsində aşağıdakı üç mövqe özünü göstərir: birinci
xətt bir qayda olaraq yalnız maddi istehsal sahəsində çalışan təbəqələri 
xalqa aid edir. Bu baxış daha çox keçmiş dövrlər üçün səciyyəvi 
olmuşdur. Müasir dövrdə isə həlledici əhəmiyyət kəsb etmir. Çünki, indi 
inkişaf etmiş ölkələrdə əhalinin getdikcə daha çox hissəsi bilavasitə maddi 
istehsaldan kənarda çalışır. 
Ikinci
nöqteyi nəzərə görə, xalqın tərkibinə 
mütərəqqi istiqamətdə fəaliyyət göstərən sosial qruplar daxil edilir. Bu 
meyara əsaslanmaqla kapitalizmin yaranması dövründə burjuaziya xalqa 
aid edilir, onun hökmranlığı qərarlaşdıqdan sonrakı dövrdə isə o, xalqın 
tərkibindən kənarlaşdırılır. Qeyd olunan mövqe aşağıdakı iki səbəblə 
bağlıdır: a) tarixi inkişafın yalnız yüksələn xətt üzrə getdiyini iddia edən 
konsepsiyanın təsiri; b) ədəbiyyatda xalq kütlələrinin rolunu şişirdən, onda 
hər hansı bir neqativ cəhətin mümkünlüyünü inkar edən baxışın təsiri. 
Üçüncü 
baxışın tərəfdarları, xalq ilə görkəmli şəxsiyyətlər arasındakı 
fərqləri mütləqləşdirir, onları bir- birinə qarşı qoyurlar. Bu zaman belə bir 
əsas gətirilir ki, guya görkəmli şəxsiyyətlərdə xalqı səciyyələndirən 
əlamətlər yoxdur. Belə yanaşma onu nəzərə almır ki, xalq özünün sosial- 
psixoloji və siyasi inkişafının müəyyən mərhələsidə bir çox cəhətdən 
məhz şəxsiyyətlərdən ibarət olur. Həm də buna məhəl qoyulmur ki, xalq 
ilə görkəmli şəxsiyyətlərin qarşılıqlı münasibətləri bir birinə çox yaxındır.
1
1
Крапивенский С. Социальная философия. М. 1998с. 337-338. 


516 
Bir sıra hallarda «xalq» anlayışı etnik mənada işlənilir. Bununla 
əlaqədar qeyd edək ki, «etnos», «millət» və «xalq» anlayışları bir-birinə 
yaxın olsalar da, müxtəlif məzmuna malikdir. Aydındır ki, xalq ilə etnosun 
oxşar cəhətləri çoxdur. Məsələn bu və ya digər xalqın nümayəndəsi olan 
fərd, həm də müəyyən etnosa daxildir. Bu münasibətdə monomillətli (ya-
pon, erməni) və çoxmillətli (amerikan, keçmiş sovet, yuqoslaviya) xalqları 
vardır. Xalq və sinif anlayışları arasında da yaxınlıq mövcuddur. Belə ki, 
müəyyən dövrlərdə (məsələn klassik feodalizm cəmiyyətində) xalq kütləsi 
əsasən bir sinifdən (kəndlilərdən) ibarət idi. Lakin bir çox hallarda xalq 
müxtəlif sinifləri və təbəqələri (fəhlə, kəndli siniflərini, sənətkarları) əhatə 
edir. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   564   565   566   567   568   569   570   571   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin