505
Ictimai tərəqqinin mahiyyətini düzgün müəyyən etmək üçün
obyektiv meyara malik olmaq müstəsna əhəmiyyət kəsb edir
.
Tərəqqinin me'yarı barəsində müxtəlif fikirlər söylənilir. Məsələn mark-
sizm hesab edirdi ki, insanın özünün inkişaf səviyyəsi ilə birlikdə
götürülən məhsuldar qüvvələrin inkişafı dərəcəsi ictimai tərəqqinin əsas
meyarıdır. Lakin məsələyə diqqətlə yanaşdıqda məlum olur ki, bu meyar
mücərrəd və ümumi xarakter daşıyır. Buna görə də onu ictimai həyatın
digər sferalarında əldə edilmiş səviyyəni müəyyən edən amillər kompleksi
ilə tamamlamaq zəruridir. Deməli, ictimai tərəqqinin mahiyyətinin tam
dolğunluğu ilə izah etmək üçün həyatın bütün tərəflərini vəhdətə
götürmək, müxtəlif meyarlar sisteminə əsaslanmaq lazımdır. Müasir
dövrdə ictimai tərəqqinin obyektiv meyarlarının müəyyən olunması
xüsusilə böyük əhəmiyyət kəsb edir. Həm də getdikcə aydın
görünməkdədir ki, onu sosial- siyasi, iqtisadi, ideoloji, demokratik və hu-
manist meyarlar əsasında müəyyən etmək olar.
Hegel ümumdünya tarixinin mahiyyətini «azadlıq şüurunun
tərəqqisi»ndə görürdü. O göstərirdi ki, bu baxımdan tarix üç əsas dövrə
bölünür. Birinci mərhələ şərqin despotik quruluşlu ölkələrini (Çin, Hindis-
tan, Iran və Misir) əhatə edir. Bunlarda azadlıq demək olar ki, yoxdur.
Çünki şərq xalqları hələ bilmirdi ki, ruh və insan öz- özlüyündə azaddır.
Bir halda ki, onlar bunu bilmirlər, deməli onlar azad deyildir.
1
Antik
cəmiyyətdə azadlıq ilə qul sahibliyinin birləşməsi bununla izah edilir ki,
yunan- roma dünyasında xalqlar azadlığa məhdud dərəcədə malik
olmuşdur. Burada yalnız bə'ziləri azaddır. Hegel quldarlığın aradan
qaldırılmasını ictimai şüurda «hamı azaddır» prinsipinin qərarlaşması ilə
əlaqələndirirdi. O bu prosesdə xristian dininə həlledici yer verirdi.
Nəhayət, azadlığın üçüncü mərhələsi Qərbi Avropada Alman
xanəndanlığında yaranır. Bu mərhələdə hamı azaddır. Beləliklə Hegel
ümumdünya tarixinin şərqdən qərbə keçdiyini və sonuncuda başa çatdığını
iddia edirdi.
Qeyd olunmalıdır ki,
Dostları ilə paylaş: