Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


yenikantçılıq təlimi də tarixi prosesin izahına cəhd göstərmişdir



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə546/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   542   543   544   545   546   547   548   549   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

yenikantçılıq təlimi də tarixi prosesin izahına cəhd göstərmişdir
. Onun 
əsas nümayəndələri V.Vindelband və H.Rikkert ictimai həyat 
hadisələrinin təkrarolunmazlığını xüsusi qeyd edirdilər. Buradan isə belə 
bir səhv nəticə çıxarırdılar ki, cəmiyyətdəki dəyişikliklər qeyri- müəyyən 
istiqamətdə gedir. Burada sabit qanunauyğun əlaqələr yoxdur. 
Yenikantçılar tarixin inkişafında qanunauyğunluğu qəbul etmirdilər. 
Onların fikrincə təbiət elmləri (fizika, kimya, biologiya) nometetik (ümu-
mi) xarakter daşıyır. Onlar öyrəndikləri obyektlərin ümumi, təkrarlanan 
xassələrinə diqqət yetirir. Tarix elmləri isə idioqrafik (fərdi) metoda 
əsaslanırlar. Onlar fərdi, təkrar olunmaz hadisələri, situasiyaları və 
prosesləri təsvir edirlər. Buradan belə bir nəticə çıxarılırdı ki, tarixi elmlər 
öz subyektivliyi ilə seçilir, tarixin özü isə ümuməhəmiyyətli dəyərlər sis-
temi kimi götürülən mədəniyyətin inkişafı deməkdir. 
Qeyd edək ki, tarixin izahına bu cür yanaşma əvvəllərdə geniş yer 
tutmuş mexaniki (naturalist) baxışa cavab reaksiyası kimi yaranmışdı. Bu 
mənada onun müsbət rol oynadığı qeyd edilməlidir. Lakin bütövlükdə belə 
yanaşma özünün antitarixiliyi, tarixi dünyagörüşə qarşı durması ilə 
səciyyələnir. Odur ki, tarixin izahının yenikantçılıq konsepsiyası 
nöqsanlıdır. 
Yenikantçıların əksinə olaraq M.Veber göstərirdi ki, dəyərlər 
fövqəltəbii deyildir. Onlar konkret tarixi xarakter daşıyır. Onun işləyib 
hazırladığı ideal tiplər təlimində belə bir fikir irəli sürülür ki, tarixi proses 
gedişində insanların fəaliyyətinin mənalandırılması dərəcəsi və 
rasionallığı artır. 
XIX əsrin sonu - XX əsrin əvvələrində yaranmış kulturoloji 
məktəbin nümayəndələri (O.Şpenqler, A.Toynbi və P.Sorokin) tarixi pro-
sesin izahına dair maraqlı fikirlər söyləmişlər. 
Kulturoloji baxışın səviyyəvi cəhətləri aşağıdakılardır: ictimai 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   542   543   544   545   546   547   548   549   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin