489
bu dəyişikliklərin fəal əsası kimi çıxış edir. Hegelə görə «ayrı- ayrı
xalqların ruhu» zamanda və mövcud varlıqda inkişaf edən dünya ruhunun
momentləri və mərhələləridir.
1
Hegelin tarix fəlsəfəsində diqqəti cəlb edən
digər bir cəhət budur ki, o insanların fəaliyyətinə geniş yer verirdi. O
açıqca göstərirdi ki, tələbatlardan, ehtiraslardan və mənafelərdən irəli
gələn fəaliyyət dünya ruhunun aləti və vasitəsidir.
2
Həm də Hegel
insanların fəaliyyətinin əsasını onların həyati tələbatlarını ödəməyə
yönələn əmək fəaliyyətində görürdü. O insan ilə təbiətin qarşılıqlı tə„sirini
məhz bu fəaliyyət ilə izah edirdi. Özü də həmin fəaliyyətdə birinci
dərəcəli yeri
əmək alətlərinə
verirdi. «Insan öz tələbatları ilə birlikdə xari-
ci təbiətə praktiki münasibət bəsləyir, təbiətin köməyilə öz tələbatlarını
ödəyərkən müəyyən aralıq vasitəsindən istifadə edərək, o təbiəti dəf edir.
Məsələ bundadır ki, təbiətin predmetləri güclüdür və hər cür müqavimət
göstərirlər. Onları ram etmək üçün insan onların arasına digər təbiət
predmetləri daxil edir, beləliklə də təbiətin özünü özünə qarşı yönəldir və
bu məqsədlə alətlər ixtira edir. Insanların bu ixtiraları ruha məxsusdur və
belə alətlər təbiətin predmetlərindən yüksəyə qoyulmalıdır».
3
Beləliklə Hegelin tarix fəlsəfəsində insan zəkasının rəhbər rolu
haqqında fikirlər insandan yüksəkdə duran zəka («dünya ruhu») ilə əvəz
olundu. Ruhun və zəkanın bu cür mistikləşdirilməsi pərdəsi arxasında He-
gel fəlsəfi fikrin inkişafı üçün yeni və son dərəcə mühüm bir məsələ irəli
sürdü. Söhbət tarixi prosesin obyektiv qanunauyğun xarakterinin aşkar
edilməsindən gedir. Hegelin anlamında tarixin gedişini istiqamətləndirən
«Zəka» bu prosesin iştirakçılarının şüurlu məqsədlərindən asılı olmayan
Dostları ilə paylaş: