Qədim mütəfəkkirlər tarixin ümumdünya xarakterini anla- maqdan uzaq idilər . Məsələn, antik dövrün tarixçiləri yunan və roma
dünyasını bütün yerdə qalan dünyadan ayırır və bu vəhşi dünyaya qarşı
qoyurdular. Orta əsrlərdə xristian ilahiyyatçıları bu nöqsanı aradan
qaldırıb, onu başqası ilə əvəz etdilər. Onların baxışlarına görə tarix ilahi
qüvvənin niyyətinin həyata keçməsi və insanın fövqündə duran xüsusi bir
layihənin reallaşmasıdır. Bundan əlavə, onlar belə hesab edirdilər ki, tarix
yalnız xristian xalqlarına aiddir. Bütün qalan bəşəriyyət tarixdən
kənardadır. Görkəmli ilahiyyatçı Avqustin (354- 430) tarixi dini- ilahiyyat
baxımından mə„nalandıraraq, onu aşağıdakı altı dövrə ayırmışdır: 1)
Adəmdən su basqınına qədərki dövr; 2) su basqınından Ibrahimə qədərki
dövr; 3) Ibrahimdən Davuda qədərki dövr; 4) Davuddan Babilistan
çarlığına qədərki dövr; 5) o vaxtdan Isaya qədərki dövr; 6) Isadan Qiyamət
gününə qədərki dövr. Bu dövrlər insanın keçdiyi yaş mərhələlərinə
(körpəlik, uşaqlıq, yeniyetmə, gənclik, ahıllıq və qocalıq) uyğun gəlir.
Göründüyü kimi Avqustin xristianlıq mərhələsini tarixin başa çatması
dövrü kimi səciyyələndirir. Bu mərhələlərin bir- birini əvəz etməsinin
səbəbini o ilahi qüvvədə görürdü. O göstərirdi ki, tarix şeytan (qaranlıq)
ilə alahın (işığın) qarşılıqlı mübarizəsini nümayiş etdirir. Işığın labüddən
qələbəsi məhz tarixin mə„nasını müəyyən edir. Onun tə„limində şərqin
mistik ideyalarının tə„siri aydın görünür. Səciyyəvi cəhət budur ki, Avnus-
tin cəmiyyətin inkişafının guya dairə üzrə getdiyi haqqında antik fikirləri
rədd edirdi. Bu mə„nada onu tarixi tərəqqi ideyasının əsasını qoyanlardan
biri hesab etmək olar.
1
Intibah dövrü fəlsəfəsində ümumdünya tarixi prosesinin yeni
anlamı işlənib hazırlandı. Bu dövrdə başqa məsələlərdə olduğu kimi,
tarixə münasibətdə də humanist səpki əsas yer tuturdu.
Yeni dövrdə mexanikanın və riyaziyyatın inkişafı belə bir fikrə
gətirib çıxartdı ki, cəmiyyətin özü də mexaniki aqreqatdır.