Yer tarixini səma (ilahi) tarixindən ayırmağa ilk dəfə italyan
mütəfəkkiri C.Viko (1668- 1774) cəhd etmişdir.
O tarixin mə„nasını
təbii zərurət anlayışı ilə əlaqələndirirdi. Bu anlayış adı altında o «daimi
olan və heç vaxt pozulmayan səbəb- nəticə qaydası»nı başa düşürdü. Bu
təbii qayda bütün xalqların və millətlərin irəliyə doğru hərəkətini müəyyən
edir. Bu hərəkət üç mərhələdən keçir: Allahlar əsri (uşaqlıq), qəhrəmanlar
əsri (gənclik) və insanlar əsri (yetkinlik). Inkişafın yetkinlik səviyyəsinə
çatdıqdan sonra, yə„ni insanlar arasında münasibətlər vicdan, zəka və borc
1
Bax: Ракитов А. Историческое познание. М.,1982, с.141, 142.
487
ilə tənzim olunduqda, bəşəriyyət öz yolunun əvvəlinə qayıdır və köhnə
yolu yenidən təkrarlayır. Vikonun fikrincə sosial formalar bu mərhələlər
üzrə yaranır, özünün çiçəklənmə dövrünü keçirir və sonra məhv olma
mərhələsinə daxil olur. Beləliklə Viko o vaxta qədər bir- birinə qarşı
qoyulan tərəqqi və dövran haqqında konsepsiyaları əlaqələndirməyə cəhd
göstərmişdir.
Viko tərəfindən əsası qoyulan bəşər tarixinin mə„nalandırılması
problemini Fransız maarifçiləri davam və inkişaf etdirmişlər.
Volter 1765-
ci ildə ilk dəfə «tarix fəlsəfəsi» anlayışını işlətməklə fəlsəfi fikri xüsusi
tipli reallıq olan tarixi mə„nalandırmağa yönəltdi
. Bu reallığı o, insanın
zəkalı təbiətinin təkamülü və inkişafı ilə əlaqələndirirdi. Tarixə bu cür
yanaşma cəhdini Volterdən sonra Russo davam etdirmişdir. Ümumiyyətlə
maarifçilər tarixin mə„nası və istiqamətini insan zəkasının tərəqqisi ilə
əlaqələndirirdilər. Onlar bəşəriyyətin tarixinə zəkanın tərəqqisi mərhələləri
kimi yanaşırdılar. Bir qədər sonra bu baxış Kondorse tərəfindən
əsaslandırıldı. O tərəqqini bəşər tarixinin əsas meyli hesab edirdi.
Göstərirdi ki, bu meyil bəşəriyyəti dönmədən həqiqət və xoşbəxtliyə
doğru hərəkət etdirir. Kondorse bəşəriyyətin tarixini on mərhələyə
ayırırdı. Bu bölgünün me„yarını o, insan zəkasının inkişaf səviyyəsində və
onun azadlıq dərəcəsində görürdü. Səciyyəvi cəhət burasıdır ki, o tərəqqi
ideyasını Volter və Monteskyö kimi monarxların və hakimiyyət başında
duranların maarifləndirilməsi ilə deyil, fərdlərin, xalqların və millətlərin
kütləvi hərəkatları ilə əlaqələndirirdi. Onun fikrincə texnikanın tətbiqi,
elmi kəşflər, əxlaqın, siyasi və hüquqi institutların təkmilləşməsi
sayəsində bu hərəkatlar yüksək inkişaf səviyyəsinə çatırlar.
Kondorse göstərirdi ki, bəşəriyyətin gələcək xoşbəxt vəziyyəti
aşağıdakı üç problemin həlli ilə bağlıdır: «millətlər arasında
bərabərsizliyin məhv edilməsi; müxtəlif siniflər arasında bərabərliyin
artması və insanın həqiqi təkmilləşməsi». Onun yüksək optimizmini,
bəşəriyyətin qızıl əsrinin yaranmasında zəkanın rolu haqqında fikirlərini
sonrakı mütəfəkkirlərin bir qismi qəbul etmədi. Məsələn, Kant göstərirdi
ki, insan nəslinin tarixi bizi narazılıqla ondan üz döndərməyə məcbur edir.
Biz burada nə vaxtsa tam zəkalı məqsəd tapacağımıza ümid etmirik. Onun
fikrincə tarix bütöv bir tam kimi və vahid şəkildə heç vaxt təcrübədə bəlli
olmur. Buna görə də tarixin mə„nasını axtarırkən əvvəldən yox, tarixin
sonundan başlamaq lazımdır. Başqa sözlə, onu izah edərkən təbiətin ali
məqsəd kimi nəzərdə tutduğu nəticələrdən çıxış etmək lazımdır. Buna
görə də insan nəslinin tarixinə təbiətin sirli planının yerinə yetirilməsi ki-
mi baxmaq olar. Bu sirli plan dedikdə Kant mükəmməl dövlət quruluşun-
488
un bərqərar olmasını nəzərdə tuturdu. Belə quruluşda insan nəsli
bəşəriyətin ona vermiş olduğu bütün imkanları tam inkişaf etdirə bilir.
1
Dostları ilə paylaş: |