Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


VI FƏSIL TARIXI PROSESIN FƏLSƏFI TƏHLILI



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə539/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   535   536   537   538   539   540   541   542   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

VI FƏSIL
TARIXI PROSESIN FƏLSƏFI TƏHLILI 
1. Tarixi prosesin mahiyyəti haqqında
baxışların təkamülü 
Ictimai həyatın müxtəlif sferalarının və onların qarşılıqlı tə
'
sirinin 
öyrənilməsi sosial fəlsəfədə başlıca yeri tutur. Bununla yanaşı o, 
cəmiyyətin inkişafı prosesinin təhlilinə də xüsusi diqqət yetirir. Qeyd edək 
ki, cəmiyyətin inkişafda olduğu fikri fəlsəfədə qədimdən irəli sürülmüşdü. 
Hələ antik dövrdə insanlar müşahidə etmişdilər ki, cəmiyyət bir yerdə 
dayanıb durmur, daim dəyişilmədədir
. Sonralar dünya ölkələri və 
xalqları arasında ictimai həyatın müxtəlif sahələri üzrə əlaqələr artdıqca 
belə bir fikir formalaşdı ki, bəşəriyyətin inkişafı vahid tarixi prosesi ifadə 
edir. Onun bir- birilə əlaqəli iki tərəfi vardır: birinci, hər bir konkret 
ölkənin, xalqın inkişafı; ikinci, bütünlükdə bəşəriyyətin inkişafı. 
Bütövlükdə tarixi proses dedikdə cəmiyyətin aşağı pillədən yuxarı 
pilləyə doğru mütərəqqi istiqamətdə inkişafı başa düşülür. Tarix fəlsəfəsi 
dünya xalqlarının fəaliyyəti prinsiplərini və qanunauyğunluqlarını tarixi 
səpkidə öyrənir. O, tarixin məqsədi və mə„nasını açmağa çalışır. Bu isə 
insanların praktiki fəaliyyəti üçün çox zəruridir. K.Yaspers yazırdı: «Biz 
tarixi bütöv bir tam kimi anlamağa çalışırıq, bununla da özümüzü dərk 
etməyə çalışırıq. Tarix bizim üçün elə bir yaddaşdır ki, bizim həyatımızın 
kökləri ondadır. Tarix birdəfəlik əsası qoyulmuş özüldür, əgər biz izsiz, 
soraqsız yox olmaq deyil, insan varlığına öz töhfəmizi vermək istəyiriksə, 
onunla əlaqəni kəsməməliyik»
1
Tarixi vahid və bütöv proses kimi mənimsəmək gedişində 
insanın özünü anlaması da dərinləşir
. Bu prosesdə onun mənəvi dünyası 
zənginləşir. Tarixi başa düşmək və yadda saxlamaqla insanlar elə bir 
zirvəyə yüksəlirlər ki, buradan nəinki təkcə öz keçmişini və indiki 
vəziyyətini, habelə müəyyən mənada gələcəyini də görə bilirlər. Tarixi 
biliyə arxalanan insan özünü yeni tərzdə qiymətləndirə bilir. Əlbəttə, tarixi 
prosesi ideallaşdırmaq da doğru olmazdı. Burada çoxlu müsbət cəhətlər, 
əxz edilməli olan nümunələr və təcrübə ilə yanaşı, müəyyən nöqsan və 
təsadüflər, bədbəxt hadisələr, çoxlu cinayətlər də baş vermişdir. 
Fəlsəfi fikirdə tarixi prosesin izahına dair müxtəlif baxışlar 
olmuşdur. Cəmiyyət inkişaf etdikcə bu tə„limlər də uzun təkamül yolu 
keçmişdir. Antik dövrün mütəfəkkirlərinin (Platonun, Aristotelin və 
başqalarının) əsərlərində bəşəriyyətin tarixi haqqında qiymətli mə„lumat-
1
Ясперс К. Смысл и назначение истории. М., 1994, с.240. 


486 
lar və mülahizələr vardır. Lakin onlar bitkin deyildi və buna görə də «tarix 
fəlsəfəsi» adlandırıla bilməz. Tarix fəlsəfəsi sonrakı dövrün məhsuludur. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   535   536   537   538   539   540   541   542   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin