Kant tarixi tərəqqinin əsasını əxlaqi prinsiplərdə görürdü .
Onun fikrincə tarixin təkamülü, təbiətin təkamülündən məhz bununla
fərqlənir. O göstərirdi ki, cəmiyyətdə azadlıq, ədalət və əxlaqi
mükəmməlliyin tə„minatçısı hüquqi dövlət olmalıdır. Bu fikri ilə də Kant
klassik alman fəlsəfəsinin başlıca nailiyyəti olan tarix fəlsəfəsinin əsasını
qoydu.
XVIII əsrin alman mütəfəkkiri I.Herder tarixi prosesin izahında
irəliyə doğru yeni bir addım atdı. O, ümumdünya tarixi konsepsiyasını
işləyib hazırladı. Herder təkamülçü idi. Buna görə də ümumdünya tarixi
anlayışına canlı təbiətin və üzvi aləmin təkamülünü də daxil edirdi. Onun
fikrincə bu təkamül rəvan şəkildə bəşəriyyətin tarixinə keçir. Sonuncunun
məqsədi isə mücərrəd şəkildə götürülən humanizm və rifah əldə etməkdir.
Herderə görə bütün tarixi hadisələr eyni əhəmiyyətə malikdir,
onların hər biri digəri üçün deyil, məhz özü üçündür. Buna görə də
bəşəriyyətin gələcək qızıl əsri haqqında tə„lim tarixi prosesə tətbiq
olunmamalıdır. Belə ki, bütün nəsillərin yalnız son nəsil naminə
yaşadığını düşünmək ağılsızlıq olardı. Bu o deməkdir ki, qızıl əsrdə
yaşayacaq nəsil bütün əvəlki nəsillərin məhv olmuş xoşbəxtliyi üzərində
yüksələn taxt- tacda oturacaqdır.
2
Herder tarixi prosesin əbədi məqsədə (insanın tərbiyəsinə və
təkmilləşməsinə) istiqamətləndiyi haqqında maarifçilik ideyasını müdafiə
edirdi. O əsas diqqəti mədəniyyətin tarixi formalarının rəngarəngliyinə,
onların özəhəmiyyətliliyinə yetirirdi. Herderə görə mədəniyyətlərin
rəngarəngliyi ümumdünya tarixinin «hərəkətinin ahəngdarlığını», onun
vahid mütənasib tamlığını yaradır. Bu tamlıq isə bəşəriyyətin birliyinin
inkişafının vahid zənciri və ən„ənəsi kimi çıxış edir. Bu zəncirin hər bir
həlqəsi özündən əvvəlki və sonrakı həlqələrlə sıx bağlıdır. Beləliklə Herd-
er tarixin mə„nasını anlamağa yeni baxışın - tarixisizmin əsasını
qoymuşdur.