Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


zərurət kimi təsəvvür olunurdu. Həm də Hegel bu zərurətin mənbəyini  allahda və təbiətdə görmürdü. Onu müstəsna dərəcədə  insanların



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə544/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   540   541   542   543   544   545   546   547   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

zərurət
kimi təsəvvür olunurdu. Həm də Hegel bu zərurətin mənbəyini 
allahda və təbiətdə görmürdü. Onu müstəsna dərəcədə 
insanların 
fəaliyyəti 
ilə əlaqələndirirdi. 
Hegel ondan əvvəlki mütəfəkkirlərin (C.Viko, A.Smit, Herder, 
Kant, Şellinq) irəli sürdüyü belə bir fikri inkişaf etdirdi ki, insanlar çox 
vaxt öz fəaliyyətinin obyektiv nəticələrini irəlicədən görə bilmirlər. O, 
yazırdı: «Dünya tarixində insanların fəaliyyəti sayəsində həm də onların 
can atdığı və əldə etməyə çalışdıqları nəticələrdən bir qədər başqa 
nəticələr alınır, yə„ni onların bilavasitə bildikləri və arzu etdikləri 
nəticələrdən fərqli nəticələr alınır».
4
Hegelin tarixisizmi aşağıdakı iki əsas müddəanı əhatə edir
: a) 
tarixin substansionallığının qəbul edilməsi. Bu substansionallığının 
1
Гегель. Энциклопедия философских наук в 3 т. т.3. М.,1977, с.366. 
2
Кузнецов В.В. Немецкая классическая философия. М.,1989, с.376- 377. 
3
Гегель. Сочинения. т.8. с.227. 
4
Гегель. Сочинения. т.8. с.27. 


490 
əsasında zəka durur. Zəka «sonsuz formaya», «sonsuz məzmuna» və 
«sonsuz qüdrətə» malikdir; b) tarixi prosesin bütövlüyünün və onun 
məqsədəuyğunluğunun irəli sürülməsi, ümumdünya tarixinin son 
məqsədinin- ruhun öz azadlığını başa düşməsi kimi müəyyən edilməsi. 
Əlbəttə Hegelin tarixə dair fikirləri nöqsanlardan azad deyildir. 
Məsələn, o göstərirdi ki, ümumdünya tarixi əlaqələrinin əsasında duran 
mütləq ruh mədəniyyətlərin ardıcıl surətdə dəyişilməsində, xalqların ru-
hunda reallaşır. Guya bu ruh ardıcıllıqla «yaşayış yerini» dəyişir. Əvvəl 
Çində, Hindistanda olmuş, Şərq ölkələrini gəzmiş, oradan isə Yunanıstana 
və Romaya keçmişdir. Sonra o, öz fəaliyyətini Avropada davam etdirir. 
Nəhayət ruh öz tarixi inkişafını başa çatdırır və alman xalqının ruhunda, 
Prus dövlətində əsas yeri tutur. Hegel öz sxeminin bitkinliyini pozmamaq 
xatirinə Rusiyanı, Amerikanı, Afrikanı və müasir Şərq ölkələrini tarixin 
çərçivəsinə daxil etmirdi. Cəmiyyətdəki dərin sosial mexanizmlər və iqti-
sadiyat ümumdünya tarixi prosesindən kənarda e„lan olunurdu. Lakin He-
gel tarixin mə„nası məsələsini irəli sürərək, bu məsələdə özündən əvvəlki 
filosofların fikirlərini xeyli arxada buraxdı. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   540   541   542   543   544   545   546   547   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin