müasir cəmiyyətdə kütləvi informasiya vasitələrinin və kommunikasiyanın texniki imkanları o dərəcədə yüksək səviyyədə inkişaf etmişdir ki, harada yaşamasından, sinfi və peşə mənsubiyyətindən asılı olmayaraq xalqın bütün təbəqələri incəsənətə fəal və operativ qovuşa bilir. Incəsənətdə
milli xüsusiyyətlər ilə ümumbəşəri əsasların nisbətən məsələsi də mühümdür. Mənəvi həyatın digər hadisələri (elm,
din) ilə müqayisədə incəsənətdə milli momentlər daha çox yer tutur. Bu
onun milli dil, milli xarakter və etnoqrafik xüsusiyyətlər ilə bağlılığından
irəli gəlir. Məsələn bir milli dildən başqasına tərcümə olunan bədii əsər
xeyli dərəcədə dəyişir. Öz milli şəraiti və ənənələrindən ayrılıqda olan
rəqs bəzən xoş təsir bağışlamır. Yaxud da şərq muğamları slavyanların
xoşuna gəlməyə də bilir. Eynilə də bunların əksini göstərən misallar
gətirmək olar. Nizamini və Füzulini bütün dünya tanıyır. Ü.Hacıbəyovun,
F.Qarayevin, Niyazinin, T.Salahovun, S.Bəhlülzadənin əsərləri bütün
millətlər tərəfindən sevilir. Deyilənlər sübut edir ki, incəsənətdə təkcə mil-
li yox, həm də beynəlmiləl, ümumbəşəri məzmun vardır. Doğrudur, müa-
sir sivilizasiya başqa sahələrdə olduğu kimi incəsənətdə də inteqrasiya
meylini artırır. Lakin o buradakı milli özünəməxsusluğu aradan qaldırmır.
Deməli incəsənətdə milli və ümumbəşəri qarşılıqlı surətdə nüfuz edərək biri- digərini zənginləşdirir . Onları süni surətdə bir- birindən
ayırmaq, incəsənətin humanist mahiyyətinə zərbə vurur. Buna misal ola-
raq XX əsrin əvvəllərində yayılmış modernizm meylini və sonralar sovet
rejimi dövründə qərarlaşmış olan totalitar incəsənəti göstərmək olar.
Xüsusilə sonuncu, bədii üslub və formaların rəngarəngliyinə mənfi təsir
edirdi. Ən təhlükəli olan bu idi ki, incəsənət ideoloji təsir vasitəsinə
çevrilmişdi, ölkənin bədii həyatı sərt nəzarət altında saxlanılırdı.