Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Dini şüur öz strukturuna görə xeyli dərəcədə mürəkkəbdir. Bu-



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə537/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   533   534   535   536   537   538   539   540   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Dini şüur öz strukturuna görə xeyli dərəcədə mürəkkəbdir. Bu-
rada «nəzəri» dini şüuru (ilahiyyatı) və adi dini şüuru bir-birindən 
ayırmaq lazım gəlir
. Birincinin məzmunu xüsusi işlənib hazırlanan 
(ilahiyyatçılar, din xadimləri) bitkin, sistemli təsəvvürləri ifadə edir. Ikin-
ci, adi dini şüur səviyyəsi, daha çox sıravi dindarların malik olduğu hissi-
əyani və dağınıq xarakter daşıyan dini təssəvvürlərini əhatə edir. Sonun-
cunun formalaşmasına obyektiv sosial münasibətlər, insanları əhatə edən 
konkret mikromühit və nəhayət dini ideologiya güclü təsir göstərir. 
1
Общественное сознание и его формы. М.,1986, с. 247. 
2
Спиркин А. Философия. М., 2000, с.737. 


483 
Dini şüurun yuxarıda qeyd olunan struktur bölgüləri, onun psixolo-
giya və ictimai ideologiya səviyyələri ilə əsasən üst-üstə düşür. Dini 
ideologiyanın mərkəzində ilahiyyat durur. Bundan əlavə onun məzmununa 
dini xarakterli fəlsəfi və sosial-siyasi doktrinalar da daxildir. Dini ideolo-
giya rəsmi din xadimləri, professional ilahiyyatçılar tərəfindən işlənilib 
hazırlanır. Dini psixologiya cəmiyyətdəki dindarların real dini fəaliyyəti 
ilə bağlıdır. O daha çox emosional və iradi tərəflərə arxalanır. Dinin icti-
mai psixologiya səviyyəsində fəaliyyəti dini hisslərdən ayrılmazdır. Onlar 
öz məzmununa görə xeyli dərəcədə müxtədifdir. Burada ilahiyə sevgi, 
ondan qorxu, ilahinin qəzəbinə gəlmək və sair əsas yeri tutur. 
Dini ideologiya ilə dini psixologiya bir-birilə mürəkkəb dialek-
tik qarşılıqlı təsirdə çıxış edir
. Bir tərəfdən, dini psixologiya, kütlələrin 
inam və hissləri dinin mövcud olması üçün əlverişli zəmini genişləndirir. 
Digər tərəfdən dini ideologiya, dini psixologiyaya güclü tə„sir göstərir, 
dinin yayılmasına və möhkəmləndirilməsinə çalışır. 
Dinin cəmiyyətdə yerinə yetirdiyi sosial funksiyalara da diqqət 
yetirilməlidir. Bu funksiyalar əsasən aşağıdakılardır: ilyuziyalı konpensa-
siyaedici funksiya, dünyagörüşü funksiyası, requlyativ və kommunikativ 
funksiya. Qeyd edək ki, son dövrlərdə buraya dinin xalqlar arasında sülh, 
əməkdaşlıq və razılıq əldə etməyə yönələn funksiyası da əlavə olunur. 
Birinci funksiyanın mahiyyətini insanların praktika gücsüzlüyünü 
illyuziyalı vasitələrlə tamamlamaq cəhdi təşkil edir. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   533   534   535   536   537   538   539   540   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin