Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə527/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   523   524   525   526   527   528   529   530   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

iradə azadlığını
nəzərdə tutur. Insan 
müəyyən şəraitdə bu və ya digər mövqeyi, davranış xəttini, şüurlu seçir, 
müvafiq qərar qəbul edir və onu həyata keçirir. Bununla yanaşı o öz 
hərəkətlərinə görə həm də məsuliyyət daşıyır. Əgər insanların davranışı 
dinin iddia etdiyi kimi fövqəltəbii qüvvələr tərəfindən irəlicədən, 
birdəfəlik müəyyən olunsaydı, onda bu və ya digər hərəkətə əxlaqi 
baxımdan qiymət vermək mənasız olardı. Çünki həmin hərəkətdə insanın 
iradə azadlığı, sərbəst seçimi yoxdur. Bunun tam əksi olan digər ifrat hədd 
də (iradə azadlığının mütləqləşdirilməsi) doğru deyildir. Bu halda 
özbaşınalıq hökm sürər, sosial və əxlaqi normalara ehtiyac qalmazdı. 
Əxlaqi şüuru öyrənərkən onun məzmununda sinfi və 
ümumbəşəri tərəflərin nisbətini düzgün müəyyən etmək zəruridir

Sovet dövründə yazılmış kitablarda əxlaqın sinfi məzmunu həddən artıq 
şişirdilirdi. Nəzərdə tutulmalıdır ki, əxlaqda ümumbəşəri normalar mühüm 
yer tutur. Onlar birgə yaşayış qaydaları kimi cəmiyyət üzvlərinin normal 
həyatını, sağlamlığını, şərəf və ləyaqətini qorumaq məqsədi güdür. Buraya 
həm də valideynlərin öz uşaqlarını tərbiyə etməsi, uşaqların valideynlərə 
qarşı, böyüklərə hörmət, nəzakətlilik və s. də daxildir. Tarix boyu müxtəlif 
sinif və sosial qrupların əxlaq haqqında təsəvvürləri ümumbəşəri əxlaq 
normaları ilə əlaqədar mövcud olmuşdur. Əslində bu iki tərəf arasında 
1
Общественное сознание и его формы. М., 1986, с.178-179. 


475 
dialektik qarşılıqlı təsir özünü göstərir. Bu o deməkdir ki, bir tərəfdən bu 
və ya digər sosial birlik forması öz əxlaqi sistemini yaradarkən 
ümumbəşəri qaydalara və normalara əsaslanır. Digər tərəfdən isə onların 
özünə xas olan müsbət əxlaqi keyfiyyətlər geniş yayılır, nəticədə 
bütövlükdə bəşəriyyətin əxlaqi xəzinəsinə daxil olur. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   523   524   525   526   527   528   529   530   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin