473
əxlaq onu pisləyir. Çünki o, hər bir insandan öz sağlamlığını qorumağı,
özünü ləyaqətlə aparmağı və ictimai faydalı əməklə məşğul olmağı tələb
edir.
Əxlaqi şüur özündə əxlaqi prinsipləri və normaları əhatə edir
.
Beləliklə əxlaq bir tərəfdən insanlar arasında obyektiv münasibətlərin
müəyyən
bir tərəfidir, onların hərəkətləridir, digər tərəfdən,
o şüur
formasıdır.
Əxlaqın cəmiyyətdə rolu onun aşağıdakı funksiyalarında
təzahür edir
: tənzimedici, qiymətverici və idraki.
Birinci funksiya
əsas
yer tutur. Əxlaq hər şeydən əvvəl cəmiyyətdə insanların davranışını
tənzim etmək üsuludur. O tənzimetmənin tarixən qədim formasıdır. Sonra-
lar ictimai münasibətləri nizama salan yeni- yeni üsullar (hüquqi, inzibati,
texniki tənzimetmə və sair) yaransa da əxlaq öz unikallığını
və rolunu
itirməmişdir.
Əxlaqın qiymətverici
forması da çox mühümdür. Bu o
deməkdir ki, əxlaq sosial hadisələri xeyir və şər baxımından
qiymətləndirir. Əxlaqi bəyənmə və ya əxlaqi mühakimə etmə, həm də
ədalət və ədalətsizlik meyarı ilə ölçülür. Əxlaqın
digər funksiyası
idraki
funksiyasıdır. Bu funksiya onu ifadə edir ki, bəşəriyyət inkişaf etdikcə
insanlar daim yeni, daha humanist və daha perspektivli davranış normaları
axtarmaqdadır. Bu məqsədlə etik nəzəriyyələr
meydana gəlib inkişaf
etmişdir. Əxlaqın idraki funksiyası müasir cəmiyyətdə daim artmaqdadır.
Əslində əxlaqi qiymətlər, tələblər və ideallar sadəcə davranışı tənzim edən
formalar deyil, onlar həm də cəmiyyətin və insanın mənəvi özünüdərk
etməsi deməkdir.
Əxlaqi
şüurun
mühüm
bir
xüsusiyyəti
onun
qeyri
institusionallığıdır. Bu o deməkdir ki, mənəvi həyatın bir sıra sahələrindən
(elm, incəsənət, din) fərqli olaraq əxlaq insanların
mütəşəkkil fəaliyyət
sahəsi deyildir. Buna görə də cəmiyyətdə əxlaqın fəaliyyəti və inkişafı ilə
məşğul olan xüsusi təşkilatlar və müəssisələr yoxdur (professional etiklər
istisna olunmaqla).
Əxlaqi şüur həm də özünün imperativ (qəti, tələbedici) xarakteri ilə
səciyyələnir. Başqa sözlə deyilsə, əxlaqi tələblərin əksəriyyəti xarici
məqsədə (zahiri uğur və ya xoşbəxtlik) deyil, mənəvi borca (daxili mənəvi
öhdəlik) yönəlmişdir. Onlara qəti və şərtsiz surətdə əməl olunması mənəvi
tələb kimi çıxış edir.
Dostları ilə paylaş: