Hüquqi şüurun strukturu hüquqi psixologiya və hüquqi ideolo- giyadan ibarətdir . Hüquqi psixologiya insanlarda onların gündəlik həyat
fəaliyyəti gedişində, adi şüur səviyyəsində formalaşan hüquqi hisslərin,
mənafe və idealların, hüquqi münasibətlərə verilən ilkin qiymətin
məcmusudur. Hüquqi ideologiya isə mövcud sosial birliklərin əsas
mənafelərini ifadə edən hüquq nəzəriyyəsidir. O, cəmiyyətdə insanların
bərabər və ya qeyri- bərabər vəziyyətini, qrupların, millət və irqlərin
hüquq və vəzifələrini əsaslandırır.
Hüquqi şüurun praktiki və nəzəri səviyyələri də təxminən
yuxarıdakı bölgüyə uyğun gəlir. Birinci aşağıdakıları əhatə edir:
1. hüquqi hisslər, gerçəkliyin müxtəlif tərəflərinə münasibətdə
subyektin duyduğu ustanovkaları (azadlıq və müstəqillik, borc,
məsuliyyət, ədalət və sair) ifadə edir. Hüquqi hisslərin səciyyəvi cəhəti
bundadır ki, onu duyan insan onların yaranma səbəblərini və həyata
keçirildikdə törədəcək nəticələri müəyyən dərəcədə təsəvvür edə bilir.
2. Hüquqi vərdişlər, hüquqi ünsiyyətin tələb etdiyi zahiri, formal hərəkətləri
(özünə müvafiq tərəf müqabili tapmaq, müqavilə bağlamaq, özünə düşən
payı almaq, vurduğu zərəri ödəmək və sair.) yerinə yetirmək
qabiliyyətidir.
3. Hüquqi ənənə fərddə hüquqi davranış standartlarına
əməl etməyə yaranan daxili tələbatı ifadə edir. (müqaviləyə əməl etmək,
verilən vədi yerinə yetirmək, ona göstərilən xidmətin əvəzində başqasına
qulluq göstərmək və sair.)
4. Hüquqi biliklər subyektlərin adi şüur
səviyyəsində yaranan məlumatlar, rəylər, qiymətlər, ustanovkalar və ob-
razlar formasında hüquqi sferada səmtləşməsi deməkdir.
Hüquqi şüurun nəzəri səviyyəsi, hüquq, onun hüdudları və
normativlərini, onlardan istifadə etməyin üsulları və vasitələrini
mə„nalandırmağa, hüquqi bilikləri nizama salmağa və təkmilləşdirməyə
yönələn əqli fəaliyyətdir. Onunla xüsusi hüquqi hazırlıq keçmiş adamlar
(nəzəriyyəçilər, ideoloqlar, pedaqoqlar və sair) peşəkar surətdə məşğul
olurlar. Bu səviyyəli hüquqi şüur cəmiyyətdə çox mühüm idraki,
qiymətverici və tənzimedici funksyalar yerinə yetirir.
1
Hüquqi şüurun cəmiyyətdə rolu hər iki səviyyəni əhatə edir.
Məsələn sosial- psixoloji səviyyədə bu özünü onda göstərir ki, xalq
kütlələrində dövlətin qanunları və hüquq qaydalarının ədalətli olduğuna
inam yaranır. Xalqın, cəmiyyətdə gedən proseslərin ədalətliliyi haqqında
iradi, emosional momentləri və təsəvvürləri onların fəaliyyət və
davranışının güclü tənzimedici stimullarıdır. Buna görə də dövlətin
qanunçuluğu möhkəmləndirməyə yönələn fəaliyyətində əhalinin hüquqi
şüur səviyyəsinin yüksəldilməsinə böyük diqqət yetirilir. Onun ayrılmaz
1
Bax: Общественное сознание и его формы. М., 1986, с.120-121.
471
tərəfini hüquqi mədəniyyətin təkmilləşməsi təşkil edir.