Müasir şəraitdə geniş xalq kütlələrində hüquqi mədəniyyət tərbiyə edilməsi çox mühümdür. Onun əsas vəzifəsi əhalidə dövlətin qanunlarının
ədalətliliyinə inam yaratmaqdır. Hüquqi mədəniyyət hər bir adamda hüqu-
qa, qanuna hörmət əqidəsi yaratmağa xidmət edir. Bütövlükdə hüquqi şüur
cəmiyyətin təkmilləşdirilməsində, insanın formalaşdırılmasında fəal rol
oynayır. Xalqın hüquqi şüuru cəmiyyətdə qanunçuluğun və hüquq
qaydalarının möhkəmləndirilməsinə, hüquq pozuntularının qarşısının
alınmasına yönəlir.
Ölkəmiz müstəqillik əldə etdikdən sonra hüquqi şüur və hüqu- qun cəmiyyətdə tə„sir dairəsi daha da genişlənir. Milli dövlət
quruculuğu gedişində hüquqi şüurun azadlıq, bərabərlik və ədalət
haqqında düşüncə və təsəvvürləri cəmiyyətdə hökmran mövqe tutur. Həm
də bu təsəvvürlər tədricən cəmiyyətin bütün təbəqələrinə, hər bir insanın
şüuruna yayılır. Dövlət, cəmiyyətin inkişafının obyektiv qanunlarına
əsaslanaraq hüquq normaları və qanunularını daim təkmilləşdirir, onların
cəmiyyətin konkret inkişaf mərhələsi ilə uyğun gəlməsini tə„min edir. Bu
baxımdan müstəqil Azərbaycanın ilk Konstitusiyası cəmiyyətin hüquqi
inkişafında böyük imkanlar açır, hüquqi şüurun təkmilləşməsinə təkan
verir. Əsas qanun vətəndaşların qanun qarşısında bərabərliyini, habelə
onların hüquqlarını, azadlıqlarını və vəzifələrini təsbit edir. Bu hüquq və
vəzifələr sonrakı dövrdə qəbul olunmuş hüquqi aktlarda daha da
konkretləşdirilmiş və təkmilləşdirilmişdir.
Milli dövlət quruculuğu gedişində vətəndaşların sosial- iqtisadi,
siyasi və şəxsi hüquqları və azadlıqları genişlənir, onların tam həyata
keçirilməsi üçün daha əlverişli şərait yaradılır. Hazırda cəmiyyətin hər bir
üzvü öz vətəndaşlıq iradəsini və mənafeyini ifadə etmək və həyata
keçirmək üçün geniş imkanlara malikdir. O cəmiyyətin ona verdiyi bütün
nemətlərdən istifadə edir. Vətəndaşın öz hüquq və azadlıqlarından istifadə
etməsi, onun öz vəzifələrini yerinə yetirməsindən ayrı deyildir.